İRQÇİ (ID - 19291)is. İrqçilik tərəfdarı.
|
İRQÇİLİK (ID - 19292)is. “Yüksək” və “aşağı”, “kamil” və “qeyri-kamil” insan irqləri olması fikrinə əsaslanan ifrat mürtəce, elmə zidd nəzəriyyə və siyasət; irqlər (xalqlar) arasında nifaq və ədavət salma. İrqçilik siyasəti.
|
İRQİ (ID - 19293)sif İrqə aid olan. İrqi əlamətlər. İrqi ayrı-seçkilik (müstəmləkəçilərin ağ irqə mənsub olmayan xalqların hüququnu tapdalaması).
|
İRLANDİYALI (ID - 19294)is. İrlandiya əhalisindən olan, İrlandiya vətəndaşı.
|
İRMAQ (ID - 19295)is. Çay. Onda ki ağ omuzlara töküldü saçlar; Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı. C.Cabbarlı. Qatıldım bu yerdə əyləncələrə; Anlamış hər irmaq, bilmiş hər dərə. M.Müşfiq. Siz hey könlüm kimi coşan irmaqlar; Günahsız...
|
İRMƏK1 (ID - 19296)f Çatmaq, yetişmək, irişmək. Mən Cüməyəm, bir murada irmədim; Ha ki cəfa çəkdim, səfa sürmədim. Molla Cümə. Kənd həyatının qoyduğu və mənim indi də ağlım irmədiyi bu adətə istər-istəməz tabe olmağa məcbur idik.. Qantəmir....
|
İRMƏK2 (ID - 19297)is. Adətən mal-qaraya verilən iri və yaxşı əzilməyən buğda, arpa unu. // Narın kəpək.
|
İRPƏ (ID - 19298)bax ürpə. □ İrpə getmək - ürpərmək. ..Bir qoca qarı öz gəlini ilə bulaqda mənə rast gəldi, gəlin mən tərəfə baxmadı, baxmağı o yana dursun, hələ bədəni irpə getdi. A.Divanbəyoğlu.
|
İRRASİONAL (ID - 19299)sif [lat.] 1. fəls. Fəlsəfədə: ağılla dərk edilə bilməyən, məntiqə uymayan, məntiqcə izah edilə bilməyən.
2. riyaz. Nə tam, nə də kəsr ədədlərlə ifadə oluna bilməyən, vahidlə ölçülə bilməyən. Sıfır, müsbət... |
İRRASİONALIZM (ID - 19300)[lat.] Fəlsəfədə: obyektiv varlığı irrasional hesab edən və elmi, məntiqi idrakı inkar edən cərəyan.
|
İRRASİONALLIQ (ID - 19301)is. Ağılla dərk edilə bilməmə, məntiqə uymama, məntiqcə izah edilə bilməmə.
|
İRRİQASİYA (ID - 19302)[lat.] k.t. Rütubəti az olan torpaqların məhsuldarlığını artırmaq üçün onların süni surətdə suvarılması. İrriqasiya qurğuları.
|
İRS (ID - 19303)is. [ər.] 1. Sahibinin ölümündən sonra başqasının (övladın və ya yaxın qohumların) ixtiyarına keçən mal, mülk və s. miras. İrs almaq. İrs çatmaq. - [Gülsabah:] Xanım, qardaşın arvadının məgər irsdə payı var? M.F.Axundzadə....
|
İRSAL (ID - 19304)is. [ər.] klas. Göndərmə, yollama. Irsal etmək (qılmaq) - göndərmək, yollamaq. Ənam edibən ona bəsi mal; Leyli tələbinə qıldı irsal. Füzuli. Alıb irsal qıllam nəqdi-can ilə nə əmr etsən; Buyur, hər xidmətin vardır bizə nisbət,...
|
İRSAL-MƏRSUL (ID - 19305)[ər.] köhn. Yazışma, məktublaşma, bir-birinə məktub göndərmə. □ Irsal-mərsul etmək, irsal-mərsula girmək - yazışmaq, məktublaşmaq, məktub göndərmək. [Ağa Məhəmməd xan:] Gürcüstan valisi Irakli bir yandan Rusiya dövləti...
|
İRSƏN (ID - 19306)zərf [ər.] İrsi olaraq, irs yolu ilə, ata-anadan keçərək. Lamarka görə, həyat şəraitinin təsiri ilə baş verən dəyişmələr irsən nəslə keçir. M.Axundov.
|
İRSİ (ID - 19307)sif [ər.] 1. Miras olaraq qalan, miras yolu ilə keçən. Irsi torpaq. Irsi mülk.
2. İrs olaraq ata-anadan keçən, nəslən keçən. Irsi xasiyyət. Irsi xəstəliklər. - Tərbiyə işi nəsli və irsi bir iş deyildir. M.S.Ordubadi. [Müəllim:]... |
İRSİLİK (ID - 19308)is. İrs olma, irsdən gəlmə, irsi hal.
|
İRSİYYƏT (ID - 19309)is. [ər.] 1. Orqanizmin öz əcdadından almış olduğu təbii xüsusiyyətlərin məcmusu.
Canlı orqanizmin öz fiziki və psixi xüsusiyyətlərini nəslinə keçirmə hadisəsi. Irsiyyət haqqında nəzəriyyə. - Cürbəcür bioloqlar cinsiyyət... |
İRŞAD (ID - 19310)is. [ər.] klas. Doğru yol göstərmə, doğru yola çəkmə, qəflətdən oyatma. Irşadını bilmədim qənimət; Yüz vay ki, fövt olundu fürsət. Füzuli. Döydülər, söydülər, əl çəkmədim irşadımdan. A.Səhhət. □ Irşad qılmaq klas....
|
İRTİBAT (ID - 19311)is. [ər.] Rabitə, əlaqə, bağlılıq. ..Bizim səadətimizlə yoldaşımızın səadəti arasında böyük bir irtibat vardır. Ü.Hacıbəyov. ..Məruf bir zat Azərbaycana gəldi, qeyri-rəsmi bir irtibat yaratdı. M.İbrahimov.
|
İRTİBATÇI (ID - 19312)is. hərb. Rabitəçi, rabitə əsgəri. ..Arada bir irtibatçısından öyrəndi ki, .. top da hələ yaxşı müqavimət göstərməkdədir. Ə.Əbülhəsən.
|
İRTİBATSIZ (ID - 19313)sif Rabitəsiz, rabitəsi, əlaqəsi olmayan, bir-birinə uyğun gəlməyən, bir-biri ilə bağlı olmayan. [Gülzarın] sözləri irtibatsız və nizamsız olduğu üçün, bəlkə məntiqsiz yerləri də var idi. C.Cabbarlı.
|
İRTİCA (ID - 19314)is. [ər.] Dövrü keçmiş hakim siniflərin ictimai tərəqqiyə qarşı siyasi, iqtisadi və ideoloji müqaviməti; cəmiyyətin inkişafına mane olan keçmiş köhnə üsul və qaydaları mühafizə və ya bərpa etmək cəhdləri. Təbriz şəhəri...
|
İRTİCAÇI (ID - 19315)is. Siyasi irtica tərəfdarı, mədəniyyət və tərəqqi düşməni.
|
İRTİCAÇILIQ (ID - 19316)is. İrtica tərəfdarlığı, irtica siyasəti yeritmə, ictimai tərəqqiyə və mədəniyyətə düşmənlik.
|
İRTİCAL (ID - 19317)is. [ər.] Qabaqcadan düşünmədən sinədən şeir və ya söz söyləmə; bədahət.
|
İRTİCALƏN (ID - 19318)zərf [ər.] Qabaqcadan düşünmədən, sinədən; bədahətən. [Çopo:] Irticalən söylədiyi şeirdən [Milnirin] şair olduğu meydana çıxdı. Çəmənzəminli.
|
İRTİCAPƏRƏST (ID - 19319)[ər. irtica və fars. ...pərəst] bax irticaçı.
|
İRTİCAPƏRƏSTLİK (ID - 19320)bax irticaçılıq.
|
İRTİHAL (ID - 19321)is. [ər.] köhn. 1. Yüksəlmə, yuxarı qalxma.
Tərəqqi etmə, inkişaf etmə. Yüksəklik. |
İRTİKAB (ID - 19322) |
İRTMƏK (ID - 19323)is. Heyvanların quyruqlarının dibindəki sümük və bunun buğumu. // Quyruq. At irtməyini əyri tutur. - Keşnişlə, yemliklə bəzənib təpə; Ağ irtmək ceyranı edərdi qonaq. H.K.Sanılı. Dizlərini yerə qoyub irtməklərini oynada-oynada,...
|
İRTMƏKLƏMƏ (ID - 19324)“İrtməkləmək” dən f.is.
|
İRTMƏKLƏMƏK (ID - 19325)f Heyvanın irtməyindən yapışmaq. Dananı irtməkləmək. Atı irtməkləmək.
|
İRZ (ID - 19326)is. [ər.] Namus, ismət, iffət, şərəf (çox vaxt namus sözü ilə birgə işlənir). Xain olsaq əgər bu dünyadə; Irzü namusumuz gedər badə. M.Ə.Sabir. [Piri baba:] Hansı bir rəiyyət qızının irz və namusuna ağalar toxunmamışdır....
|
İRZSİZ (ID - 19327)sif İrzi, namusu olmayan; abırsız. Irzsiz adam.
|
İSABƏT (ID - 19328)is. [ər.] 1. Hədəfə çatma, hədəfə dəymə, hədəfə yetişmə. □ İsabət etmək - dəymək, çatmaq. Tapança bir daha partlar, [güllə] Əşrəflə Musanın arasında duran Rozanın köksünə isabət edər. H.Cavid.
|
İSA(Q)-MUSA(Q) (ID - 19329)is. Yaz, yay gecələrində həzin səslə oxuyan bir quş. Uzaqlarda isa-musa quşunun səsi eşidilirdi. Ə.Vəliyev. Yalnız isaq-musaq yorulmadan səslənir. Ə.Əbülhəsən. Haradasa isaq-musaq quşları bir-birini səsləyir, yerinə girən kimi...
|
İSBAT (ID - 19330)is. [ər.] Sübut; əsaslandırma, sübut etmə. Ey Füzuli, mən qənaət mülkünün sultanıyam; Səltənət isbatı əynimdə pəlasifəqr bəs. Füzuli. Tez verəsən bu sözlərin isbatın: Nədəndi binası abi-həyatın? Aşıq Ələsgər. □...
|
İSBATLI (ID - 19331)sif dan. 1. Sübutlu, sübut olunmuş, dəlilli.
2. Layiqli, görkəmli, yararlı. Isbatlı adam. Isbatlı paltar. □ İsbatlı olmaq - layiqli olmaq, yaramaq. Çoxları da yüngül, isbatlı olsun deyə, Ilyasa tikməli ipək yaylıqlar hazırlamışdılar..... |
İSBATSIZ (ID - 19332)sif dan. Layiqsiz, görkəmsiz, yararsız. Isbatsız pay. Isbatsız geyim.
|
İSBİRƏ (ID - 19333)is. Xırda sızaqlar şəklində səpgi. Ağız isbirəsi. Boğaz isbirəsi.
|
İSBİRƏLİ (ID - 19334)sif İsbirəsi olan.
|
İSƏ (ID - 19335)bağl. 1. Qarşılıq bildirən bağlayıcılardan olub, əksərən tabesiz mürəkkəb cümlə tərkibindəki cümlələri və bəzən həmcins üzvləri bağlayır. Onlardan biri həkim, o birisi isə mühəndisdir. Onun işi çox, vaxtı isə azdır....
|
İSƏVİ (ID - 19336)is. və sif [ər.] köhn. İsa dininə mənsub adam; xristian, xaçpərəst. [Papas Şeyx Sənana:] Heç bu mümkünmü isəvi bir qız; Bir müsəlmanə varsın. Anladınız!.. H.Cavid.
|
İSƏVİLİK (ID - 19337)is. köhn. İsa dininə mənsub olma; xristianlıq, xaçpərəstlik.
|
İSFAHAN (ID - 19338)is. [xüs. is. -dən.] mus. Azərbaycan klassik muğamlarından birinin adı.
əsas muğam bunlar idi: üşşaq, nəva, busəlik, rast, əraq, isfahan, zirəfkənd, büzürg, zəngulə, rəhavi, hüseyni və hicaz. U.Hacıbəyov. |
İSFƏNDAN (ID - 19339)is. Ağcaqayın.
|
İSHAL (ID - 19340)is. [ər.] tib. Mədə pozğunluğu, qamı işləmə, ayaqyoluna düşmə. Insanlar bəzi bitkilərin ishal törətdiyini, bəzilərinin isə qusduruculuğunu görür və sonradan bundan istifadə edirdilər. M.Əfəndiyev.
|
Bu səhifə dəfə baxılıb