İzahlı lüğət

İSBAT

is. [ər.] Sübut; əsaslandırma, sübut etmə. Ey Füzuli, mən qənaət mülkünün sultanıyam; Səltənət isbatı əynimdə pəlasifəqr bəs. Füzuli. Tez verəsən bu sözlərin isbatın: Nədəndi binası abi-həyatın? Aşıq Ələsgər. □ İsbat etmək (eləmək) - sübut etmək. Yalanı kürsüyə mindirir qəni; Ac eyləyə bilməz doğrunu isbat. Q.Zakir. Indi cəmi qəzetlər başlayıblar sultanın vətəninə göstərdiyi düşmənçiliyi isbat eləməyə. C.Məmmədquluzadə. Çox ömr eləyib, çox da hünər etmişəm isbat; Bu dari-cahanda. M.Ə.Sabir. İsbat olmaq - sübut olmaq, sübuta yetmək. İsbat olunmaq - sübut olunmaq. İsbata yetirmək - sübut etmək, qəbul etdirməyə çalışmaq. ..[Xanpəri] dəlil-sübut gətirir, dediklərini isbata yetirir, sözlərini doğruluğa çıxarırdı. Ə.Vəliyev. İsbata keçməmək - sübuta yetməmək, sübut edilə bilməmək, qəbul olunmamaq. Ərzə verdik keçən qubernatə; Keçmədi, heyf ərzə isbatə. S.Ə.Şirvani. İsbati-vücud köhn. - varlıq, varlığını göstərmə, mövcud olduğunu göstərmək üçün bir yerdə görünmə. [Fərhad:] Bəli, doğrudan da sizin isbati-vücudunuzla daha da gözəlləşən təbiət mütləq məni ah çəkməyə məcbur etdi. C.Cabbarlı. İsbativücud etmək köhn. - şəxsən olmaq, iştirak etmək. Hər bir ziyafətdə Mirzə Səfər isbativücud edərdi. Ə.Haqverdiyev. Qarabağ pambıq bəylərinin, demək olar ki, hamısı bu məclisdə isbati-vücud edirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed