İRTMƏKis. Heyvanların quyruqlarının dibindəki sümük və bunun buğumu. // Quyruq. At irtməyini əyri tutur. - Keşnişlə, yemliklə bəzənib təpə; Ağ irtmək ceyranı edərdi qonaq. H.K.Sanılı. Dizlərini yerə qoyub irtməklərini oynada-oynada, analarının döşünü dümsükləyə-dümsükləyə əmişən quzular göy otun üstünə səpələnmişdilər. R.Rza.
Paylaşın - Hamı bilsin
|