İNNERVASİYA (ID - 19041)is. [lat.] anat. Bədənin və ya toxumanın qeyri-bərabər elementlərlə təchizi.
|
İNSAF (ID - 19042)is. [ər.] 1. İnsanda vicdan və ədalət hissi, öz hərəkətləri üçün mənəvi məsuliyyət hissi; vicdana müvafiq hərəkət. Insaf dinin yarısıdır. (Ata. sözü). Bəylərin bəyisən, xanların xanı; Unutma insafi, satma imanı.. Aşıq...
|
İNSAFƏN (ID - 19043)zərf [ər.] İnsafla deyilsə, düzü deyilsə, həqiqətdə (təsdiq bildirir). Insafən o, yaxşı işçidir. Insafən yaxşı uşaqdır. - Insafən [Murad bəydə] padşah cəlalı vardı. Qantəmir. ..Gülər insafən ən gözəl bir qız idi. C.Cabbarlı....
|
İNSAFLİ (ID - 19044)sif İnsafı olan, insafla iş görən. Insaflı adam. - [Vəli bəy:] Çox insaflı adamsan, mən çalışmağımı hesab etmirəm, çünki dost dost yolunda canını da qoyar. S.S.Axundov. Qoy Mehribanın Zeynal ilə Naşada verdiyi bu sualı hər bir...
|
İNSAFSIZ (ID - 19045)sif 1. İnsaflı olmayan, mürüvvətsiz; zalım, qəddar, rəhmsiz. Insafsız günəş də ki batmaq bilmirdi. E.Sultanov. Insafsız, avam bir adam olan əmim arvadı iri mis səhəngi çiynimə verib səhərdən axşama qədər mənə ayaqyalın, başıaçıq...
|
İNSAFSIZCA(SINA) (ID - 19046)zərf Rəhmsizcəsinə, amansızcasına, vəhşicəsinə. [Ərəblinskini] insafsızcasına döymüşdülər. S.Rəhimov. // Vicdansızcasına, haqsızcasına, həyasızcasına. Onu insafsızcasına aldatmışlar.
|
İNSAFSIZLIQ (ID - 19047)is. Rəhmsizlik, mürüvvətsizlik; zalımlıq, qəddarlıq. // Vicdansızlıq, ədalətsizlik, haqsızlıq; vicdansız, haqsız hərəkət. □ İnsafsızlıq etmək - ədalətsiz, vicdansız hərəkət etmək, haqsızlıq etmək. Veys haqqında insafsızlıq...
|
İNSAN (ID - 19048)is. [ər.] 1. Adam, bəşər. Ey mələksima ki səndən özgə heyrandır sana; Həq bilir, insan deməz, hər kim ki insandır, sana. Füzuli. Ancaq onu da bilməmiş deyilsən ki, insan mələk deyil. M.Hüseyn. İnsan özü qocalsa da; Ürəyi yüz...
|
İNSANABƏNZƏR (ID - 19049)sif İnsana oxşayan, adama oxşayan, insanı xatırladan.
□□ İnsanabənzər meymunlar zool. - qorilla, gibbon, oranqutanq və şimpanzenin mənsub olduğu meymunlar fəsiləsinin adı. Qədim insanabənzər meymunlar hələ meşələrdə yaşadıqları... |
İNSANCASINA (ID - 19050)zərf və sif İnsana yaraşan tərzdə, insana layiq, insan kimi. İnsancasına rəftar. İnsancasına münasibət. İnsancasına hərəkət etmək.
|
İNSANDANQAÇAN (ID - 19051)b a x adamdanqaçan.
|
İNSANGİRİZ (ID - 19052)[ər. insan və fars. ...giriz] bax insandanqaçan.
|
İNSANİ (ID - 19053) |
İNSANİYYƏT (ID - 19054)is. [ər.] 1. top. Bütün insanlar, bəşəriyyət, insan övladı, insan cəmiyyəti. [Abdulla bəy Asi və S.Ə.Şirvaninin] də məslək və əqidəsi və baş arzuları ümumi bəşərin və insaniyyət aləminin səadətidir. F.Köçərli. [Əli:]...
|
İNSANİYYƏTPƏRVƏR (ID - 19055)[ər. insaniyyət və fars. ...pərvər] bax insanpərvər. ..Fərhad oxumuş olduğu üçün [Aslan] onu özündən daha mərhəmətli, insaniyyətpərvər və safdil ədd edirdi. C.Cabbarlı.
|
İNSANİYYƏTPƏRVƏRLİK (ID - 19056)bax insanpərvərlik. [Məktubda belə yazılmışdı] “..Daima insaniyyətpərvərlikdə və qan qardaşlığına himmət göstərmənizi arzu edirik..”. Ə.Əbülhəsən.
|
İNSANİYYƏTSİZ (ID - 19057)sif İnsaniyyəti, insanlığı olmayan, insanlıq sifət və fəzilətlərindən məhrum; mürüvvətsiz, vicdansız. İnsaniyyətsiz adamdı.
|
İNSANİYYƏTSİZLİK (ID - 19058)is. İnsaniyyəti, insanlığı olmayan adamın hal və sifəti; mürüvvətsizlik, vicdansızlıq.
|
İNSANLIQ (ID - 19059)is. 1. top. Bəşəriyyət, insanlar. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. Səhhət. Dünyada səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş. A.Şaiq. İnsanlığa Tusilər,...
|
İNSANPƏRVƏR (ID - 19060)sif. [ər. insan və fars. ...pərvər] İnsanları sevən, insanlara məhəbbət bəsləyən; humanist. Iki ağıllı, aydın fikirli, nəcib və mədəni gəncin .. faciəsində böyük demokrat və insanpərvər ədibin ictimai ədalətsizliyə qarşı...
|
İNSANPƏRVƏRCƏSİNƏ (ID - 19061)bax insancasına.
|
İNSANPƏRVƏRLİK (ID - 19062)is. İnsanları sevmə, insanlara məhəbbət bəsləmə, onlara kömək etməyə hazır olma; humanizm. ..Azərbaycan xalqının müqəddəs insanpərvərlik duyğuları həmişə ətirli bir çiçəyi andıran “Əsli-Kərəm “dastanında öz ifadəsini...
|
İNSANSEVƏN, İNSANSEVƏR (ID - 19063)bax insanpərvər.
|
İNSANSEVƏRLİK (ID - 19064)b a x insanpərvərlik.
|
İNSANSEVMƏZ (ID - 19065)sif. Adamdanqaçan, insanlara məhəbbəti olmayan, adamları sevməyən.
|
İNSANSEVMƏZLİK (ID - 19066)is. İnsanlara qarşı nifrət, adamlara qarşı kin; insanları sevməmə.
|
İNSANSIZ (ID - 19067)sif. İnsan olmayan, insan yaşamayan; adamsız. Insansız yerlər. - ..Insansız təbiət Mirzəyə sanki həmlə edirdi. S.Rəhimov. // Zərf mənasında. Bilirsən ki, sən; Günəşsiz, insansız yaşamadım mən!.. Z.Xəlil.
|
İNS-CİNS (ID - 19068)is. [ər.] "Üns” (insan) və “cins” sözlərinin dəyişilmiş şəkli olub, “bəşər, insan, canlı” mənasında işlənir. Məhbusi hələ bu vaxta qədər .. [Tehranda] qapıçıdan başqa bir ins-cinsə rast gəlməmişdi. M.İbrahimov....
|
İNSOLYASİYA (ID - 19069)is. [lat.] Günəş radiasiyası.
|
İNSPEKTOR (ID - 19070)is. [lat.] 1. Hər hansı bir sahədə işlərin düzgün aparılması və qanunlara düzgün əməl edilməsi üzərində nəzarət edən vəzifəli şəxs; nəzarətçi. Maliyyə inspektoru. Sanitar inspektoru. Maarif şöbəsinin inspektoru. - Bir...
|
İNSPEKTORLUQ (ID - 19071)is. İnspektor vəzifəsi. Inspektorluq etmək. Inspektorluğa təyin olunmaq.
|
İNSTANSİYA (ID - 19072)is. [lat.] Vəzifə pillələri.
|
İNSTINKT (ID - 19073)[lat.] 1. biol. Canlıların, daxili və ya xarici mühitin dəyişməsinə cavab olaraq anadangəlmə, qeyri-şüuri və qeyri-iradi məqsədəuyğun hərəkət etmə və ya iş görmə qabiliyyəti; sövqi-təbiyyə. Özünü mühafizə instinkti. ...
|
İNSTİNKTİV (ID - 19074)sif. [lat.] 1. biol. İnstinktə aid olan, instinktdən törəyən (b a x instinkt 1-ci mənada). Arıların şan və ya quşların yuva tikməsi, quşların isti ölkələrə köçmələri instinktiv hərəkətlərə misal ola bilər. “Psixologiya”....
|
İNSTİTÜT (ID - 19075)[lat.] 1. Bəzi elmi-tədqiqat idarələrinin adı. Dilçilik institutu. Elmi tədqiqat institutu.
Bolşevik inqilabından əvvəl: imtiyazlı siniflərdən olan qızlar üçün qapalı orta məktəb. Dünən cənab şeyxülislam “institut “məktəbində... |
İNSTRUMENTAL (ID - 19076) |
İNSTRUMENTALÇI (ID - 19077)is. mus. Hər hansı bir musiqi alətində çalan çalğıçı. Xanəndə və instrumentalçılardan ibarət ansambl. Qurban Pirimov bir instrumentalçı olmaqla bərabər, Azərbaycan vokal musiqisinin bütün incəliklərini çox yaxşı bilən bir...
|
İNSTRUMENTOVKA (ID - 19078)[rus.] mus. 1. Bir musiqi əsərinin orkestr və ya instrumental ansambl tərəfindən çalınmaq üçün uyğunlaşdırılması. Instrumentovkada orkestrovka
orkestr üçün yazılan əsərdə səslərin ayrı-ayrı musiqi alətləri arasında bölüşdürülərək... |
İNSULİN (ID - 19079)[lat.] əcz. Heyvanların mədəaltı vəzilərindən alınan hormon (orqanizmdə karbohidrat mübadiləsində iştirak edir). [Həkim:] Diabetsən; Ö+zünlə insulin götür; Hara getsən. R.Rza.
|
İNSULT (ID - 19080)is. [lat.] Beyin qan damarlarının kəskin pozulması.
|
İNŞA (ID - 19081)is. [ər.] köhn. 1. Qayırma, yaratma, qurma, vücuda gətirmə, tikmə. Gəmi inşası. Mədən inşası. - Xəndəkdə qazıntı işləri qurtarandan sonra, dörd iri borunun inşasına başlanacaqdı. Ə.Sadıq. □ İnşa etmək qurmaq, yaratmaq,...
|
İNŞAAT (ID - 19082)is. [ər. “inşa” söz. cəmi] Tikinti, tikinti işləri. Inşaat materialı. Inşaat mühəndisi. Inşaat idarələri. - [Rüstəm kişi:] ..Dağılışın hərə öz işinə. Biz də elə yaxındakı inşaatdan başlayaq, mədəniyyət evi tikirik....
|
İNŞAATÇI (ID - 19083)is. İnşaat işləri ilə məşğul olan adam, bina və s. tikən. Əməkdar inşaatçı (fəxri adı). // İnşaat işçisi. O gün dünyanı bürüyən, bu göyün üst qatlarına qalxan şənlik və sevinc səslərini.. inşaatçılar, metalçılar...
|
İNŞAD (ID - 19084)is. [ər.] şair. Bir ədəbi parçanı yüksək səslə və gözəl bir əda ilə oxuma; deklamasiya. □ İnşad etmək (eləmək) - şeir demək, şeir yazmaq. Şairim! Seyr elə ətrafı, təbiət nə gözəl; Bax mənim hüsnümə, inşad elə bir...
|
İNŞALLAH (ID - 19085)ara s. [ər.] "Allah qoysa”, "Allah deyən olsa”, “Allah istəsə”, "Allahın iradəsi olsa” mənalarında xeyir-dua, dilək təbiri. [Mozalan bəy:] Sabah saat xoşdur, inşallah, günorta maşını ilə yola düşərsiniz....
|
İNTEQRAL (ID - 19086)[lat.] riyaz. İntəhasız dərəcədə kiçik hissələrin məcmusu kimi götürülən tam kəmiyyət.
|
İNTEQRALLAMA (ID - 19087)"İnteqrallamaq” dan f.is.
|
İNTEQRALLAMAQ (ID - 19088)f riyaz. Verilmiş kəmiyyətin inteqralını tapmaq.
|
İNTEQRALLAYICI (ID - 19089)bax inteqrator.
|
İNTEQRASİYA (ID - 19090)is. [lat.] Əlahiddə hissələrin tamda birləşməsi haqqında sistemlər nəzəriyyəsi anlayışı və bu nəzəriyyənin obyekti olan təbii və ya ictimai proseslər.
|
Bu səhifə dəfə baxılıb