İNŞAATÇIis. İnşaat işləri ilə məşğul olan adam, bina və s. tikən. Əməkdar inşaatçı (fəxri adı). // İnşaat işçisi. O gün dünyanı bürüyən, bu göyün üst qatlarına qalxan şənlik və sevinc səslərini.. inşaatçılar, metalçılar şəhərində də eşitmək olardı. Mir Cəlal. Inşaatçıların çoxu mövsüm işçilərindən: torpaqqazanlar, bənnalar və dülgərlərdən ibarət idi. Ə.Sadıq. // Sif. mənasında. Inşaatçı mühəndis.
Paylaşın - Hamı bilsin
|