İSTİQAMƏT (ID - 19491)is. [ər.] 1. Bir şeyin hərəkət xətti, hərəkətin yönəldiyi cəhət, səmt, tərəf. Insanlar təbiəti istədikləri istiqamətdə dəyişdiriblər. Adamlar müxtəlif istiqamətlərə yollandılar. - Nəhayət, qadın birdən-birə istiqamətini...
|
İSTİQAMƏTLƏNDİRİCİ (ID - 19492)bax istiqamətverici. Istiqamətləndirici məsləhətlər.
|
İSTİQAMƏTLƏNDİRİCİLİK (ID - 19493)is. İstiqamət vermə, yönəltmə, yol göstərmə. ..Burada böyük bir qüvvənin təşkilatçılıq, istiqamətləndiricilik qüdrətinin hakimiyyəti duyulur. Mir Cəlal.
|
İSTİQAMƏTLƏNDİRİLMƏ (ID - 19494)“İstiqamətləndirilmək” dən f.is.
|
İSTİQAMƏTLƏNDİRİLMƏK (ID - 19495)məch. İstiqamət verilmək, yönəldilmək.
|
İSTİQAMƏTLƏNDİRMƏ (ID - 19496)“İstiqamətləndirmək” dən f.is.
|
İSTİQAMƏTLƏNDİRMƏK (ID - 19497)f 1. İstiqamət vermək, yönəltmək. Müəllim şagirdin diqqətini əsas məsələyə istiqamətləndirməlidir.
2. Yoluna qoymaq, qaydaya salmaq, təşkil etmək. Işi düzgün istiqamətləndirməli. |
İSTİQAMƏTLƏNMƏ (ID - 19498)“İstiqamətlənmək” dən f.is.
|
İSTİQAMƏTLƏNMƏK (ID - 19499)f 1. İstiqamət almaq, yönəlmək; bir səmtə, bir tərəfə üz tutub getmək, yollanmaq. Maşın şimala doğru istiqamətləndi.
2. məc. Təşkil olunmaq, yoluna düşmək, düzəlmək, qaydaya düşmək. |
İSTİQAMƏTLİ (ID - 19500)sif 1. İstiqaməti olan, müəyyən istiqamətdə inkişaf edən (etdirilən).
2. məc. Qarşısma müəyyən məqsəd qoyaraq ardıcıl surətdə onun dalmca gedən; əzmli. Ağahüseyn Xəlilin üzündən öpüb dedi: - Oğlum, sən ki belə istiqamətli... |
İSTİQAMƏTSİZ (ID - 19501)sif İstiqaməti müəyyən olmayan, səmti, tərəfi təyin edilməmiş. [Qədir] küçəyə çıxdı, istiqamətsiz (z.) yerişlə gəzindi. Mir Cəlal.
|
İSTİQAMƏTVERİCİ (ID - 19502)sif 1. İstiqamət verən, yönəldici. Istiqamətverici qüvvə.
2. məc. Yol göstərən, istiqamət verən, rəhbər, təşkilatçı. Cəmiyyətin rəhbər və istiqamətverici qüvvəsi. |
İSTİQANLI (ID - 19503)sif 1. Qanı isti olan. Istiqanlı heyvanlar. Balina istiqanlı heyvandır.
məc. Çox ünsiyyətli, adamayovuşan, mehriban, üzügülər. Istiqanlı uşaq. Istiqanlı adam. - Əsasən çox istiqanlı olan bu gənc, komandirlə soyuqqanlı danışırdı.... |
İSTİQANLILIQ (ID - 19504)is. 1. Mehribanlıq, səmimilik, üzügülərlik. Kərim bunu yaxşı bir dostluq istiqanlılığı kimi qiymətləndirirdi. İ.Əfəndiyev.
2. Coşqunluq, dəliqanlılıq. ..Gələcək qohumluğu möhkəm əsaslar üstündə qurmaq üçün o, ..... |
İSTİQBAL (ID - 19505)is. [ər.] 1. Gələcək. Oğlanlarının istiqbalı haqqında da Hacı Vəlinin müəyyən planları və prinsipləri var idi. Çəmənzəminli. [Nümayəndə:] Yaşasın 0ərq qadını və onun parlaq istiqbalı! Ə.Haqverdiyev.Gələn adamın qarşısına...
|
İSTİQBALÇI (ID - 19506)is. və sif. Gələnin və ya gələnlərin qabağına çıxan, qarşılayan, istiqbal edən (adam). Qadınların istiqbalçı qafiləsi təxti-rəvan və kəcavələrdə gedir və hər kəsin diqqətini özünə cəlb edirdi. M.S.Ordubadi.
|
İSTİQLAL (ID - 19507)is. [ər.] Müstəqillik, istiqlaliyyət. Bu qədər çətinlik və məhrumiyyətə baxmayaraq, Azərbaycan xalqının istiqlala olan ümidləri sönməmişdi. M.S.Ordubadi. Çox sevirik canımızdan; Ətimizdən, qanımızdan; Bizim böyük istiqlalı....
|
İSTİQLALİYYƏT (ID - 19508)is. [ər.] 1. Siyasi müstəqillik; başqalarından asılı olmayıb, özbaşına yaşama; siyasi azadlıq. Milli istiqlaliyyət. Istiqlaliyyət qazanmaq. Vətənin istiqlaliyyətini qorumaq.
2. məc. Müstəqillik, azadlıq. Kəndlilərindən başlayaraq... |
İSTİQLALİYYƏTPƏRVƏR (ID - 19509)sif. [ər. istiqlaliyyət və fars. ...pərvər] Öz vətəninin, öz xalqının istiqlaliyyətini, siyasi azadlığını istəyən, sevən, onun uğrunda mübarizə edən.
|
İSTİQLALİYYƏTPƏRVƏRLİK (ID - 19510)is. Öz vətəninin istiqlaliyyətini, siyasi azadlığını istəmə, sevmə.
|
İSTİQRAR (ID - 19511)is. [ər.] köhn. 1. Qərar tutma, yerləşmə.
2. Sabitləşmə, aydınlaşma. |
İSTİQRAZ (ID - 19512)is. [ər.] Borc alma, borc pul alma, borc alınan pul.
□□ Dövlət istiqrazı - borc əsasında olaraq əhalinin pul vəsaitinin dövlət büdcəsinə cəlb edilməsi forması. Üçfaizli dövlət istiqrazı. İstiqraz vərəqəsi. |
İSTİL1 (ID - 19513)is. məh. Çəltik əkininin suvarılmasında istifadə edilən su anbarı.
|
İSTİL2 (ID - 19514)is. məh. köhn. 400 qramlıq çəki daşı. Sən ora səpmişdin bir istil darı; Umidliydin ondan bir tağar olsun. Aşıq Ələsgər.
|
İSTİLA (ID - 19515)is. [ər.] 1. Bir ölkəni zorla alma, ələ keçirmə, tutma. Qızıl Arslanın əcnəbi istilasına qarşı başladığı mübarizə yuxarıdakı fikrimizə tamamilə müvafiqdir. M.S.Ordubadi. □ İstila etmək - bir ölkəni zorla ələ keçirmək,...
|
İSTİLAÇI (ID - 19516)is. İstilaçılıq siyasəti yeridən, istila edən; qəsbkar, işğalçı. Xarici istilaçılar.
|
İSTİLAÇILIQ (ID - 19517)is. Özgə torpağını, başqa ölkələri zorla ələ keçirmə, tutma, qəsb etmə; işğalçılıq, qəsbkarlıq. İstilaçılıq siyasəti.
|
İSTİLAH (ID - 19518)is. [ər.] köhn. Termin. [Mirzə Rəhim ağa:] Bala, mən fanatizmin mənasını bilmirəm. .. Bu sözlər firəngiməabların təzə istilahlarıdır. M.S.Ordubadi. Aydının fikrincə, şair adi və şablon sözdən qaçıb, təzə bir istilah yaratmışdı....
|
İSTİLƏMƏ (ID - 19519)“İstiləmək” dən f.is.
|
İSTİLƏMƏK (ID - 19520)b a x istiləşdirmək.
|
İSTİLƏNDİRİLMƏ (ID - 19521)“İstiləndirilmək” dən
|
İSTİLƏNDİRİLMƏK (ID - 19522)məch. İsti edilmək, qızdırılmaq, hərarəti artırılmaq, isidilmək.
|
İSTİLƏNDİRMƏ (ID - 19523)“İstiləndirmək” dən f.is.
|
İSTİLƏNDİRMƏK (ID - 19524)f İsti etmək, qızdırmaq, isitmək, hərarətini artırmaq.
|
İSTİLƏNMƏ (ID - 19525)“İstilənmək” dən f.is.
|
İSTİLƏNMƏK (ID - 19526)f Qızmaq, qızışmaq, isinmək. Hava istilənib. Su gün altında istilənibdir. // qayıd. Özünü, bədənini, canını qızdırmaq. Ocağın qabağında istilənmək. // İstidən bihal olmaq.
|
İSTİLƏŞDİRİLMƏ (ID - 19527)“İstiləşdirilmək” dən f.vs.
|
İSTİLƏŞDİRİLMƏK (ID - 19528)məch. İstiliyi artırılmaq, daha da qızdırılmaq (isidilmək).
|
İSTİLƏŞDİRMƏ (ID - 19529)“İstiləşdirmək” dən f.is.
|
İSTİLƏŞDİRMƏK (ID - 19530)f. Daha isti hala salmaq, istiliyini artırmaq; qızdırmaq, isitmək. Otağı istiləşdirmək. Suyu istiləşdirmək.
|
İSTİLƏŞMƏ (ID - 19531)“İstiləşmək” dən f.is.
|
İSTİLƏŞMƏK (ID - 19532)f. İstiliyi artmaq, temperaturu artmağa başlamaq; daha da qızmaq, isti olmaq. Yayın son ayı idi. Peterburqun havası istiləşmişdi. Çəmənzəminli. Gecələri yatmaq mümkün deyil, hava xeyli istiləşib, bu şoğərib taxtabitiləri də bir...
|
İSTİLƏTMƏ (ID - 19533)“İstilətmək” dən f.is.
|
İSTİLƏTMƏK (ID - 19534)icb. İstiləndirmək (başqası vasitəsilə).
|
İSTİLİK (ID - 19535)is. 1. fiz. Cismin hissəciklərinin (atomlarının, molekullarının və s.-nin) qeyrimüntəzəm hərəkəti nəticəsində əmələ gəlib, onun qızması şəklində təzahür edən enerji növü. İstilik vahidi. Ərimə istiliyi. Kimyəvi enerjinin...
|
İSTİLİKKEÇİRƏN (ID - 19536)is. fiz. İstilikkeçirmə qabiliyyətinə malik olan. Istilikkeçirən cisimlər.
|
İSTİLİKKEÇİRMƏ (ID - 19537)is. fiz. Cisimlərin istiliyi keçirmə xassəsi (qabiliyyəti).
|
İSTİLİKTÖRƏDİCİ (ID - 19538)sif fiz. İstiliktörətmə qabiliyyətinə malik olan.
|
İSTİLİKTÖRƏDİCİLİK (ID - 19539)bax istiliktörətmə.
|
İSTİLİKTÖRƏTMƏ (ID - 19540)is. fiz. İstilik yaratma, istilik vermə qabiliyyəti.
|
Bu səhifə dəfə baxılıb