İSTİLƏŞMƏKf. İstiliyi artmaq, temperaturu artmağa başlamaq; daha da qızmaq, isti olmaq. Yayın son ayı idi. Peterburqun havası istiləşmişdi. Çəmənzəminli. Gecələri yatmaq mümkün deyil, hava xeyli istiləşib, bu şoğərib taxtabitiləri də bir yandan!.. C.Məmmədquluzadə. Havalar get-gedə istiləşdiyi üçün çayların suyu çox artmışdı. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|