İzahlı lüğət

İSTİQAMƏT

is. [ər.] 1. Bir şeyin hərəkət xətti, hərəkətin yönəldiyi cəhət, səmt, tərəf. Insanlar təbiəti istədikləri istiqamətdə dəyişdiriblər. Adamlar müxtəlif istiqamətlərə yollandılar. - Nəhayət, qadın birdən-birə istiqamətini dəyişib, üzüaşağı Dəclə sahilinə tərəf getməyə başladı. M.S.Ordubadi. İstiqamət almaq (götürmək) - müəyyən bir tərəfə, səmtə doğru yönəlmək, üz tutub getmək. Bir göz qırpımında düşmən tankı artıq ön atəş xəttini keçmiş, .. batalyon komanda məntəqəsi yerləşən təpəyə doğru istiqamət almışdı. Ə.Məmmədxanlı.
məc. Hər hansı bir fəaliyyətin, işin, hadisənin və s.-nin inkişaf xətti. Səyahətin istiqaməti. Elmin başlıca istiqaməti. - Respublikada neft axtarışının istiqaməti haqqında qızğın mübahisələr gedirdi. M.Süleymanov.
İctimai, siyasi, elmi və s. cərəyan. ..Səlimi tamamilə başqa bir istiqamətin adamı idi. M.İbrahimov. □ İstiqamət vermək (göstərmək) - istiqamətləndirmək, yönəltmək, yol göstərmək. Din düşüncəsi tarix boyu cəmiyyətin mənəvi inkişafına istiqamət veribdir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

İT

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed