İSTEHLAK (ID - 19441)is. [ər.] Tələbatı, ehtiyacı təmin etmək üçün işlətmə, sərf etmə, istifadə etmə, işlədərək sərf etmə, yox etmə. Ictimai istehlak fondları. □ İstehlak etmək
ehtiyacı, tələbatı təmin etmək üçün işlətmək, sərf... |
İSTEHLAKÇI (ID - 19442)is. iqt. 1. Hər hansı istehsalatın məhsulundan istifadə edən, bu məhsulatı işlədən şəxs və ya təşkilat.
2. Alıcı. Geniş istehlakçı kütləsi. |
İSTEHSAL (ID - 19443)is. [ər.] Hasil etmə, hazırlama, əldə etmə. Elektrik enerjisi istehsalı. Çuqun istehsalı. Maddi nemətlər istehsalı. Istehsalın ictimai xarakteri. □ İstehsal etmək - hasil etmək, hazırlamaq. İstehsal qüvvələri - maddi nemətlərin...
|
İSTEHSALAT (ID - 19444)is. [ər.] 1. Sənaye müəssisəsi, fabrik, zavod, karxana və s. Istehsalatda çalışmaq. Istehsalat qabaqcılları. - Istehsalatda usta sözü kəsərli sözdür. Mir Cəlal. // İstehsalatla bağlı olan. Istehsalat təlimi. Istehsalat təcrübəsi....
|
İSTEHSALATÇI (ID - 19445)is. İstehsalatda işləyən şəxs. Yaxşı istehsalatçı. Institutun axşam şöbəsinə xeyli istehsalatçı qəbul edilmişdir.
|
İSTEHSALÇI (ID - 19446)is. İstehsal edən, hazırlayan adam.
|
İSTEHZA (ID - 19447)is. [ər.] 1. Ələ salma, rişxənd etmə, masqaraya qoyma; masqara. Tövsiyənin son cümləsində qürurdan çox incə bir istehza duyulurdu. M.Hüseyn. Tahirzadənin üzündə istehzanı andıran bir təbəssüm oynadı. Mir Cəlal. Qoca sanki öz...
|
İSTEHZAEDİCİ (ID - 19448)bax istehzalı.
|
İSTEHZALI (ID - 19449)sif. İstehza bildirən, istehza ifadə edən. Istehzalı söz. Istehzalı gülüş. Kənardan Iblisin mənalı və istehzalı qəhqəhələri eşidilir. H.Cavid. ..Dodaqları ucunda istehzalı bir təbəssüm göründü. H.Seyidbəyli.
|
İSTEHZAYANA (ID - 19450)bax istehzalı. Sitarə .. hələ bir qədər istehzayana nazlarla Mansurun yaralarına duz səpirdi. C.Cabbarlı.
|
İSTEMAL (ID - 19451)is. [ər.] İşlətmə, istifadə etmə, tətbiq etmə. [Mirzə:] On gün ki siz dərman istemalına məşğul olacaqsınız, o gərək gecə və gündüz sizin yanınızda olsun. Ə.Haqverdiyev. □ İstemal etmək - işlətmək, istifadə etmək, tətbiq...
|
İSTERİK (ID - 19452)[yun.] bax isteriyalı. Isterik boğulma. Isterikpozğunluqlar.
|
İSTERİKA (ID - 19453)[yun.] Qıc olma, bəzən gah gülmə, gah ağlama şəklində təzahür edən ürəkkeçmə.
|
İSTERİYA (ID - 19454)[yun. hystera - uşaqlıq] tib. Psixika, hərəkət sferası, həssasiyyət və s. cəhətdən bir sıra müxtəlif pozğunluqlar şəklində təzahür edən funksional əsəb xəstəliyi. Isteriyada hərəki, senzor, vegetativ və psixi pozğunluqlar...
|
İSTERİYALI (ID - 19455)sif İsteriya xəstəliyi olan. Isteriyalı adamlar əmək fəaliyyətini itirmirlər.
|
İSTƏDİKCƏ (ID - 19456)zərf Doyunca, ürəyi istəyən qədər.
|
İSTƏK (ID - 19457)is. Arzu, dilək, murad; yerinə yetirilməsi (başqası tərəfindən) arzu edilən şey. Istək gözdə olar. (Məsəl). [Şeyx Sənan:] Istəyim yalnız iştə bir şəfqət; Bir təbəssüm o hüsni-dilbərdən. H.Cavid. Istəyim xalqıma hər an...
|
İSTƏKAN (ID - 19458)[rus.] Stəkan. Dərviş bir-iki istəkan çay içəndən sonra mənim sualıma cavab verdi. A.Divanbəyoğlu. Böyükxanım şad və xürrəm gümüş podnos içində iki istəkan kəmrəng çay gətirmişdi. M.S.Ordubadi. Mahirə istəkanı irəli çəkdi,...
|
İSTƏKLİ (ID - 19459)1. is. Sevgili. [Fərman:] Ata, mənə dövlət lazım deyil, .. mənə ancaq öz istəklim lazımdır. Ə.Haqverdiyev. [Səriyyə:] Neçə illər idi ümid edir idim ki, gələcəkdə Rüstəm əmim oğlu istəklim ilə bəxtiyar yaşayacağam. C.Cabbarlı....
|
İSTƏKLİLİK (ID - 19460)is. İstənilmə, sevilmə; sevgi münasibəti.
|
İSTƏKSİZ (ID - 19461)zərf 1. Könülsüz, istəmədən, həvəssiz. Istəksiz getmək. Istəksiz danışmaq.
Məhəbbətsiz. |
İSTƏKSİZLİK (ID - 19462)is. Könülsüzlük, könüldə istək olmaması; məhəbbətsizlik.
|
İSTƏMƏ (ID - 19463)“İstəmək” dən f.is.
|
İSTƏMƏDƏN (ID - 19464)zərf İstəmədiyi, arzu etmədiyi halda; ürəksiz, könülsüz. Istəmədən almaq. Istəmədən getmək. // Qeyri-iradi, özü istəmədən, istəməyərək.
|
İSTƏMƏK (ID - 19465)f 1. Arzu etmək, ürəyindən keçirmək, bir şeyin qəsd və niyyətində olmaq, ürəyində bir istək duymaq. - Bala, mən gördüm ki, sən bir yeniyetmə yaxşı oğlansan, istədim sənə maya verəm.. “Koroğlu”. Istəyir cənnəti zahid...
|
İSTƏMƏLİ (ID - 19466)sif. İstənilməyə, sevilməyə layiq; xoşqılıq, mehriban, üzügülər; qanışirin. İstəməli qız. İstəməli uşaq. - Lap üçdörd yaşından bu şirindilli, istəməli qızın ayağı karxanaya açılmış, usta ilə dostlaşmağa başlamışdı....
|
İSTƏNİLMƏ (ID - 19467)“İstənilmək” dən f.is.
|
İSTƏNİLMƏK (ID - 19468)“İstəmək” dən məch.
|
İSTƏNMƏ (ID - 19469)“İstənmək” dən f.is.
|
İSTƏNMƏK (ID - 19470)b a x istəni1mək.
|
İSTƏR (ID - 19471)bağl. Sintaktik vəzifəsinə görə həm həmcins üzvləri, həm də cümlələri birbirinə bağlayır - gərək, həm. [Səlim:] Orxan, istər xan olsun, istər sultan; Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid. [Zeynal] istər evdə, istər...
|
İSTƏR-İSTƏMƏZ (ID - 19472)zərf Yarımkönül, ürəksiz, könülsüz, özü istəmədiyi halda, istəmədən. [Gülbadam] ağ donunu geyindi, əsnədi, istər-istəməz ayağa durdu. N.Nərimanov. Fatma .. istər-istəməz uşaqlara izin verdi. S.S.Axundov. Mehriban istər-istəməz...
|
İSTƏTMƏ (ID - 19473)“İstətmək” dən f.is.
|
İSTƏTMƏK (ID - 19474)icb. Bu və ya başqa bir vasitə ilə bir şeyi başqasına sevdirməyə çalışmaq; birinin hüsn-rəğbətini, sevgisini qazanmağa çalışmaq. Güclə özünü istədə bilməzsən.
|
İSTƏYƏ-İSTƏMƏYƏ (ID - 19475)bax istər-istəməz. İstəyə-istəməyə getməli oldu. - Mehriban istəyə-istəməyə razı oldu. S.Hüseyn.
|
İSTİ (ID - 19476)1. sif. Qızdırılmış, isidilmiş, hərarəti artırılmış (soyuq qarşılığı). Isti otaq. Isti ütü. Isti süd. - Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə və dolça, tövşüyə-tövşüyə içəri girdi. İ.Hüseynov....
|
İSTİARƏ (ID - 19477)is. [ər.] ədəb. Sözlərin, ifadələrin hər hansı bir təşbeh, bənzəyiş, müqayisə əsasında məcazi mənada işlənməsindən, yəni bir şeyə (hadisəyə) başqa bir şeyin (hadisənin) səciyyəvi əlamətinin keçirilməsindən ibarət...
|
İSTİBDAD (ID - 19478)is. [ər.] 1. Özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulu. Çar zamanı idi, istibdadın ən şiddətli, ən qızğın vaxtı idi. E.Sultanov. Beşinci il; Qanlı bazar; Istibdadın mənhus əli; Hər tərəfdə iz buraxır. R.Rza.
2.... |
İSTİBDADÇI (ID - 19479)is. Zalım, qəddar, qaniçən.
|
İSTİCƏ (ID - 19480)sif 1. İsti, lazımınca isti. Isticə otaq. Isticə paltar. - Isticə lavaşım var; Hər gecəyə aşım var; Demə, dədəm yerdəsən; Ancaq əlli yaşım var. M.Ə.Sabir. Var isticə ölkələr; Qışda bizə xoş gələr. A.Səhhət. Qorodovoy...
|
İSTİFADƏ (ID - 19481)is. [ər.] Faydalanma, fayda götürmə. // Faydalı (səmərəli) surətdə işlətmə. □ İstifadə etmək - faydalanmaq. Vəqtdən daim istifadə edin; Elm təhsilini iradə edin. M.Ə.Sabir. Ağca xanım atasının belə mehriban rəftarından istifadə...
|
İSTİFADƏLƏNMƏ (ID - 19482)“İstifadələnmək” dən f.is.
|
İSTİFADƏLƏNMƏK (ID - 19483)f Faydalanmaq, fayda götürmək, qazanmaq, mənfəətbərdar olmaq.
|
İSTİFADƏLİ (ID - 19484)sif İstifadə olunan (oluna bilən), istifadəyə yararlı. Istifadəli yerlər.
|
İSTİFADƏLİK (ID - 19485)sif İstifadə etmək (işlətmək, tətbiq edilmək) üçün olan, istifadəyə (işlənilməyə, tətbiq edilməyə) yarar.
|
İSTİFADƏSİZ (ID - 19486)sif və zərf İstifadə olunmayan, işləksiz qalmış, fayda götürülməyən. Istifadəsiz torpaqlar. Istifadəsiz qalmaq.
|
İSTİGFAR (ID - 19487)is. [ər.] din. Allaha yalvararaq günahlarının bağışlanmasını istəmə, “əstəğfürullah” deyərək peşmanlığını bildirmə, tövbə etmə. □ İstiğfar etmək (qılmaq) - Allaha yalvararaq günahlarının bağışlanmasını istəmək,...
|
İSTİHALƏ (ID - 19488)is. [ər.] Bir haldan başqa hala keçmə.
|
İSTİXARƏ (ID - 19489)is. [ər.] din. Görüləcək bir işin uğurlu olub-olmayacağını qabaqcadan bilmək üçün Quran və ya təsbehlə yoxlama ayini. □ İstixarə etmək (etdirmək) - istixarə ayini icra etmək (etdirmək). [Məşədi İbad:] Mən bu gün istixarə...
|
İSTİ-İSTİ (ID - 19490)zərf 1. Qaynar halda, isti halda, soyumamışkən. [Səlimnaz xanım:] Istiisti bu çayı iç, bəlkə tərləyəsən. N.Vəzirov. [Ələmdar] .. buğlana-buğlana, cızhacızla qovrulan cızbızdan isti-isti ötürdü. S.Rəhimov.
2. məc. Təxirsiz,... |
Bu səhifə dəfə baxılıb