İSTİARƏis. [ər.] ədəb. Sözlərin, ifadələrin hər hansı bir təşbeh, bənzəyiş, müqayisə əsasında məcazi mənada işlənməsindən, yəni bir şeyə (hadisəyə) başqa bir şeyin (hadisənin) səciyyəvi əlamətinin keçirilməsindən ibarət bədii tərz; metafora; məsələn, şücaətli adama - aslan, şir; hiyləgər adama - tülkü deyilməsi kimi. Sadə istiarə. Mürəkkəb istiarə. Fikrin istiarə yolu ilə ifadəsi. - Yazıçıların sənətkarlıq xüsusiyyətlərindən asılı olaraq istiarə müxtəlif rəngarəng şəkillərdə yaradılır. Ə.Mirəhmədov.
Paylaşın - Hamı bilsin
|