İSTİBDADis. [ər.] 1. Özbaşınalığa və zorakılığa əsaslanan idarə üsulu. Çar zamanı idi, istibdadın ən şiddətli, ən qızğın vaxtı idi. E.Sultanov. Beşinci il; Qanlı bazar; Istibdadın mənhus əli; Hər tərəfdə iz buraxır. R.Rza.
2. Zülm. Artıq bu rəzalət çəkilməz; Bu istibdadə təhəmmül edilməz. H.Cavid. Yoldaşlar, istibdad pəncəsində inləyən yüz minlərcə işçilər baş qaldırmadadır. Çəmənzəminli. Istibdad dünyasından..; Odların, alovların üstündən addadıq biz. S.Rüstəm. Paylaşın - Hamı bilsin
|