İSTİGFARis. [ər.] din. Allaha yalvararaq günahlarının bağışlanmasını istəmə, “əstəğfürullah” deyərək peşmanlığını bildirmə, tövbə etmə. □ İstiğfar etmək (qılmaq) - Allaha yalvararaq günahlarının bağışlanmasını istəmək, “əstəğfürullah” deyərək tövbə etmək. [Molla Zaman:] Istiğfar elə, arvad, istiğfar elə, günaha batdın. Ə.Haqverdiyev. Bu minval ilə günahkar muzdur özünün bəd əməlindən peşman olub, istiğfar edə-edə yerindən qalxdı. S.M.Qənizadə. Istiğfar eylə, adam ağzına gələni danışmaz. H.Nəzərli.
Paylaşın - Hamı bilsin
|