İSTƏKLİ1. is. Sevgili. [Fərman:] Ata, mənə dövlət lazım deyil, .. mənə ancaq öz istəklim lazımdır. Ə.Haqverdiyev. [Səriyyə:] Neçə illər idi ümid edir idim ki, gələcəkdə Rüstəm əmim oğlu istəklim ilə bəxtiyar yaşayacağam. C.Cabbarlı. Gül ey doğma Vətənimin; Istəklisi, yetirməsi; Oyna, sevin, biz dinləyib; Fərəhlənək bu şən səsi. M.Dilbazi.
2. sif Əziz, sevimli, mehriban, ən çox istənilən. Istəkli adam. Istəkli övlad. - Qaşların qarasından; Xal düşüb arasından; Adam da əl çəkərmi; Istəkli balasından? (Bayatı). Yazıq qızcığaz istəkli dostu Qaraca qızla görüşə bilmədi. S.S.Axundov. Varaz istəkli oğlunun çox ağıllı bir gənc olduğunu yaxşı bilirdi. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|