İSTƏRbağl. Sintaktik vəzifəsinə görə həm həmcins üzvləri, həm də cümlələri birbirinə bağlayır - gərək, həm. [Səlim:] Orxan, istər xan olsun, istər sultan; Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid. [Zeynal] istər evdə, istər tanış-bilişlərin məclislərində tar çalar, eyni zamanda özünün yazdığı şeirləri oxuyardı. S.Hüseyn. İstər “Əhvalatlar”, istərsə “Poçt qutusu” dərin ideyalı, yüksək sənət əsərləridir. M.İbrahimov. İstəyirdim ki, birisi ilə oturub dərdləşəm, istəyirdim ki, - istər tanış olsun, istər qeyritanış, - hamıya söz deyib söz eşidəm... Ə.Məmmədxanlı. // “Fərqi yoxdur” mənasında. İstər gəlsin, istər gəlməsin.
Paylaşın - Hamı bilsin
|