İSTEHSALis. [ər.] Hasil etmə, hazırlama, əldə etmə. Elektrik enerjisi istehsalı. Çuqun istehsalı. Maddi nemətlər istehsalı. Istehsalın ictimai xarakteri. □ İstehsal etmək - hasil etmək, hazırlamaq. İstehsal qüvvələri - maddi nemətlərin istehsalına xidmət edən alətlər, istehsal alətlərini hərəkətə gətirən və maddi nemətlərin istehsalını həyata keçirən insanlar. İstehsal müəssisəsi - zavod, fabrik, karxana. Mən də bir ağacın kölgəsində oturub, o böyük istehsal müəssisəsinə baxır, onun keçmiş halı ilə indiki halını müqayisə edirdim. S.Hüseyn. İstehsal münasibətləri - maddi nemətlərin ictimai istehsalı prosesində insanlar arasında əmələ gələn münasibət və əlaqələr. İstehsal vasitələri - istehsal prosesində işlədilən, onun maddi əsasını təşkil edən vasitələr. [Almaz:] ..Buna görə də əmək kollektivləşməli və istehsal vasitələri kollektivin əlində olmalıdır. C.Cabbarlı.
Paylaşın - Hamı bilsin
|