İŞARƏLİ (ID - 19591)sif 1. Başqalarından ayrılmaq üçün işarə (nişan) qoyulmuş, işarəsi olan. İşarəli səhifə. İşarəli qab.
2. məc. Üstüörtülü, kinayəli, eyhamlı. İşarəli söz. İşarəli danışıq. - O vaxtdan sonra Leylək Ələmdar Müqim... |
İŞARƏSİZ (ID - 19592)sif. İşarəsi olmayan, işarə (nişan) qoyulmamış.
|
İŞARƏT (ID - 19593)bax işarə. Bir yar ki dərd bilər olsa; Göz-qaş işarəti neylər? Aşıq Abas. İşarət elədim, dərdimi bildi; Gördüm həm gözəldi, həm əhli-dildi. Aşıq Ələsgər. Qonaq çadranın altından başını bulayıb, əli ilə işarət elədi...
|
İŞARMA (ID - 19594)“İşarmaq” dan f.is.
|
İŞARMAQ (ID - 19595)f Xəfifcə işıldamaq, işıq vermək. [Xudayar bəyin] papağının altdan gözləri elə işarır ki, adamın canına vahimə oturur. C.Məmmədquluzadə. ..Bağın qapısında yanan lampa .. işarırdı. M.S.Ordubadi. Hisli dirəkdən asılmış...
|
İŞARTI (ID - 19596)b a x işarantı.
|
İŞARTMA (ID - 19597)“İşartmaq” dan f.is.
|
İŞARTMAQ (ID - 19598)bax işıqlandırmaq. O, sanki ümidlərini işardan bir qüvvə ardınca getdi. Mir Cəlal.
|
İŞBACARAN, İŞBİLƏN (ID - 19599)sif Bacarıqlı, təcrübəli, qabiliyyətli, əlindən iş gələn. [Kətxuda] bilirdi ki, İnmirə camaatının şəhərdə yaxşı işbilən, oxumuş adamları vardır. N.Nərimanov. [Məcid:] Mənə də bir dənə işbilən arvad lazım idi.. B.Talıblı....
|
İŞBAZ (ID - 19600)is. Özünü yalandan işgüzar göstərən adam.
|
İŞBAZLIQ (ID - 19601)is. İşin prinsipial, ictimai-siyasi cəhətini nəzərə almayan, zahiri işgüzarlıq.
|
İŞCİL (ID - 19602)sif. İşləməyi sevən; zəhmətsevən, işgüzar, çalışqan, işlək. - Pah! İnsan da belə işcil olar? Əjdaha kimidir! Mir Cəlal. [Kərim:] İşcil olmasına söz yoxdur. İ.Əfəndiyev. // İs. mənasında. Hər sahədə bir dalğa və hər...
|
İŞCİLLİK (ID - 19603)is. Zəhməti, işi sevmə; çalışqanlıq, işgüzarlıq.
|
İŞÇİ (ID - 19604)is. 1. Zehni və fiziki əməyin hər hansı bir sahəsində çalışan adam. Fəal işçi. Qabaqcıl işçilər. - Mirzağa onu istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. // Hər hansı bir müəssisədə, idarədə...
|
İŞÇİ-KƏNDLİ (ID - 19605)top. Fəhlə və kəndli, zəhmətkeş, əməkçi. [Mirzə Həsən:] İndi təzə hökumət gözlənir, zəhmətkeşlər hökuməti, işçi-kəndli hökuməti. Ə.Haqverdiyev. [Hadı lələ:] Onların fikri işçi-kəndli sinfini azad etməkdir. S.S.Axundov....
|
İŞDƏK (ID - 19606)is. dan. İş, əməl, gizli iş, kələk. [Namaz:] Mənim əlimin altında çox adamların işdəkləri var. Ə.Haqverdiyev. [Dərviş:] Dünyanın .. işdəkləri çarpaz şəkillidir. A.Divanbəyoğlu.
|
İŞEMİYA (ID - 19607)is. [yun.] tib. Yerli qan azlığı; toxumalara lazımı qədər qanın çatmaması. Mərkəzi sinir sistemi və ürək əzələsi işemiyaya daha tez tutulur.
|
İŞƏGƏLƏN (ID - 19608)bax işəyarayan.
|
İŞƏMUZD (ID - 19609)is. iqt. Fəhləyə gördüyü işin (istehsal etdiyi məmulatın) miqdarına görə verilən əmək haqqı. İşəmuzd əmək haqqı.
|
İŞƏMUZDÇULUQ (ID - 19610)is. iqt. Müəssisələrdə işəmuzd əmək haqqının tətbiqi.
|
İŞƏYARARLILIQ (ID - 19611)is. İşəyarar şeyin hal və keyfiyyəti.
|
İŞƏYARAYAN, İŞƏYARAR(LI) (ID - 19612)sif. Yararlı, lazımlı, gərəkli; fayda verə bilən. Işəyarar şey.
|
İŞGƏNCƏ (ID - 19613)is. [fars.] Vəhşi və amansız üsullarla verilən cismani əzab. [Qətibə:] [Hüsaməddin] azacıq bir işgəncə nəticəsində bizim bütün sirlərimizi Qızıl Arslana verəcəkdir. M.S.Ordubadi. Gör necə vermiş rəiyyət bəylə pəncə-pəncəyə;...
|
İŞGƏNCƏLİ (ID - 19614)sif Əzablı, əziyyətli, ağır, dözülməz; əzab və əziyyətlə dolu. Bizim gözlərimiz önündən uzun, işgəncəli bir insan həyatı gəlib keçir. M.Hüseyn.
|
İŞGƏNƏ (ID - 19615)is. [fars.] Yarıbişmiş yağlı ətin, toyuğun suyu. // Hələ cızdaq halına gəlməmiş sulu quyruq tikələrindən ibarət yemək. Qovurma, kabab, işgənə, cızdaq iyi küçəni, meydanı, meşəni bürüyürdü. Mir Cəlal.
|
İŞGİL1 (ID - 19616)is. məh. dan. 1. Cəftə, qarmaq. [Kosa] .. şüşənin sınıq yerindən əlini içəriyə saldı və işgili tərpətdi. S.Rəhimov.
2. Arabanın qolu ilə boyunduruğu birləşdirən nazik ağac. // Arabanın təkəri çıxmamaq üçün oxunun... |
İŞGİL2 (ID - 19617)is. 1. Zənn, şübhə, güman.
Çətinlik, maneə, əngəl, çətin vəziyyət. Işgildən çıxmaq. □ İşgil olmaq (törətmək) - mane olmaq, əngəl yaratmaq. Işgil törətmək onun köhnə peşəsidir. İşgilə düşmək - çətinliyə,... |
İŞGİLBAZ (ID - 19618)sif məh. Hiyləbaz, kələkbaz, fırıldaqçı. Işgilbaz adam.
|
İŞGİLLƏMƏ1 (ID - 19619)“İşgilləmək1#” dən f.is.
|
İŞGİLLƏMƏ2 (ID - 19620)"İşgilləmək2#” dən f.is.
|
İŞGİLLƏMƏK1 (ID - 19621)f məh. İşgil salmaq, işgil keçirmək. Arabanı işgilləmək.
|
İŞGİLLƏMƏK2 (ID - 19622)f. Bir işin düzəlməsinə mane olmaq, əngəl törətmək, pər qatmaq.
|
İŞGİLLİ1 (ID - 19623)sif məh. İşgili olan, işgillə bağlanmış, cəftələnmiş. Işgilli qapı.
|
İŞGİLLİ2 (ID - 19624)sif Əngəlli, çətin, şübhəli. Işgilli iş.
|
İŞ-GÜC (ID - 19625)bax iş 1 və 3-cü mənalarda. Oğul, işin-gücün bu vaxtında bilmirəm gedim, necə gedim, getməyim, necə getməyim. “Aşıq Ələsgər”. [Hacı Murad:] Oğul, .. yenə irəliki kimi işə-gücə get. S.S.Axundov. Deyib-danışaram şümşad...
|
İŞGÜZAR (ID - 19626)sif 1. Bacarıqlı, işbacaran, işdə təcrübəsi olan. Işgüzar müdir. - Burada gözə dəyən hər şey otaq sahibinin işgüzar bir adam olduğunu göstərirdi. M.Hüseyn. Əbil.. Muxtar Zeynalovu işgüzar və gözütox bir adam kimi tanıyırdı....
|
İŞGÜZARLIQ (ID - 19627)is. İşgüzar olma; zəhmətsevərlik, işcillik, təşəbbüskarlıq, bacarıqlılıq. Bülənd zarafatyana otağa rişxənd etməklə bərabər, anasının belə işgüzarlığına təəccüb etmişdi. Ə.Əbülhəsən. Işgüzarlıq mühüm iradi...
|
İŞĞAL (ID - 19628)is. [ər.] Hər hansı bir dövlətin hərbi qüvvələri tərəfindən başqa dövlətin torpağının tutulması. Aprel işğalı. - Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlər, Iraq və iranlıların işğalı altında idi....
|
İŞĞALÇI (ID - 19629)is. Özgə torpaqlarını zorla tutan, işğalçılıq siyasəti yeridən (adam, dövlət və s.). Yadelli işğalçılara qarşı mübarizə aparmaq. - [Uluq bəy:] Elə dərs verərik işğalçılara; Bir də üz çevirməz bu şən diyara. A.Şaiq....
|
İŞĞALÇILIQ (ID - 19630)is. İşğal siyasəti yürütmə; istilaçılıq. Işğalçılıq siyasəti.
|
İŞIĞADAVAMLI (ID - 19631)sif. İşığın təsiri ilə dəyişməyən, işıq təsir etməyən, işıqdan qorxmayan. Işığadavamlı boyalar (rənglər).
|
İŞIĞADAVAMLILIQ (ID - 19632)is. İşığadavamlı şeyin hal və keyfiyyəti. Rənglərin işığadavamlılığı.
|
İŞIĞAHƏSSAS (ID - 19633)sif. İşığa həssas olan, işıqdan təsirlənən. Işığahəssas kağız. Işığahəssas sinirlər.
|
İŞIĞAHƏSSASLIQ (ID - 19634)is. İşığa həssas olma xassəsi, işığa həssas olma.
|
İŞIQ (ID - 19635)is. 1. Ətrafı işıqlandıraraq, onu gözlə görünəcək hala salan şüa enerjisi; nur, ziya. Gün işığı. Ay işığı. Lampa işığı. Fənər işığı. Işıq şüası. - Yağışın arasında küçələrdə yanan elektrik işıqları tutqun...
|
İŞIQHAİŞIQ(DA) (ID - 19636)zərfi Dan yeri sökülməyə başlayanda, hava işıqlaşmağa başlayanda. Işıqhaişıqda qara damın hisli bacasından içəri işıq düşdü. S.Rəhimov.
|
İŞIQLANDIRICI (ID - 19637)sif. Ətrafı işıqlandıran, süni işıqlandırmağa məxsus. Işıqlandırıcı cihaz. Işıqlandırıcı raket.
|
İŞIQLANDIRILMA (ID - 19638)"İşıqlandırılmaq” dan f.vs.
|
İŞIQLANDIRILMAQ (ID - 19639) |
İŞIQLANDIRMA (ID - 19640)“İşıqlandırmaq” dan f.is.
|
Bu səhifə dəfə baxılıb