İŞBACARAN, İŞBİLƏNsif Bacarıqlı, təcrübəli, qabiliyyətli, əlindən iş gələn. [Kətxuda] bilirdi ki, İnmirə camaatının şəhərdə yaxşı işbilən, oxumuş adamları vardır. N.Nərimanov. [Məcid:] Mənə də bir dənə işbilən arvad lazım idi.. B.Talıblı. [Böyük oğul:] Qonşumuz Kəblə Hüseynqulu da işbilən adamdır. Qantəmir. // İs. mənasında. [Müəllim:] Nə qədər olsa, işbilənlərin çoxusu: alimlər, incinerlər hamısı şəhərdə yaşayırlar. Ə.Haqverdiyev. Naznaz bu fikirdə idi ki, Qaraşın yaxşı gələcəyi var, ağıllıdır, ağırdır, işbiləndir, sağlam və gəncdir. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|