İzahlı lüğət

İŞÇİ

is. 1. Zehni və fiziki əməyin hər hansı bir sahəsində çalışan adam. Fəal işçi. Qabaqcıl işçilər. - Mirzağa onu istirahət evinin bir xidmətçisi və ya məsul bir işçisi zənn etdi. S.Hüseyn. // Hər hansı bir müəssisədə, idarədə xidmət edən, çalışan adam. Ticarət işçisi. Poçt işçisi. Elmi işçi. - Qoçularla əlbir olan polis işçiləri özlərini görməməzliyə vururdular. A.Şaiq. Milis işçisi də qayğı göstərib onu ötürmək qərarına gəlmişdi. H.Seyidbəyli.
2. Fəhlə. İşçilərlə kəndlilərin ittifaqı. [Eyvaz:] Mənim həqiqət sandığım kitabda .. işçi var, fabrikant var. C.Cabbarlı. Mən işçi firqəsi nümayəndəsiyəm. H.Nəzərli.
□□ İşçi qüvvəsi - fəhlələr, işçilər. Bu işi görmək üçün işçi qüvvəsi lazımdır. İşçi qüvvəsi çatışmır. Mexaniki qüvvə ilə görülməsi mümkün olmayan işlər üçün .. əlavə işçi qüvvəsi verilmişdi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed