İzahlı lüğət

İKİLİTRLİK (ID - 18490)

sif İki litr ağırlığında olan, iki litr tutan. Ikilitrlik qab.

İKİLÜLƏ(Lİ) (ID - 18491)

sif. İki lüləsi olan; qoşalülə. Ikilüləli tüfəng.

İKİMANATLIQ (ID - 18492)

sif. İki manata dəyən, iki manat qiymətində olan. Ikimanatlıq parça. Ikimanatlıq vaz.

İKİMETRLİK (ID - 18493)

sif İki metr uzunluğunda olan. Ikimetrlik taxta.

İKİMƏHSULLU (ID - 18494)

sif k.t. İldə iki dəfə məhsul verən. Ikiməhsullu bitkilər.

İKİMƏNALI (ID - 18495)

sif 1. dilç. İki mənası olan, iki məna verən. Ikimənalı söz. Ikimənalı ifadə.
Eyhamlı, üstüörtülü, pərdəli, iki cür başa düşülə bilən. Pərdəli, ikimənalı danışıqlardan da xoşum gəlməz. Ə.Vəliyev.

İKİMƏNALILIQ (ID - 18496)

is. İki mənaya malik olma. Sözün (ifadənin) ikimənalılığı.

İKİMƏNZİLLİ (ID - 18497)

sif İki mənzildən ibarət olan. Ikimənzilli ev.

İKİMƏRTƏBƏ(Lİ) (ID - 18498)

sif. İki mərtəbəsi olan, ikiqat(lı). Ağamehdinin mülkü gözəl mülklərdən birisi idi: içində ikimərtəbəli imarət, aynabənd otaqlar, fəvvarəli hovuzlar, cənnət guşəsi kimi böyük bir bağça..
Sultanov. Ikimərtəbə, qəşəng...

İKİMİL(Lİ) (ID - 18499)

sif. İki mili olan. Ikimilli dəftər, kağız.

İKİMOTORLU (ID - 18500)

sif İki motoru olan, iki motorla işləyən. Ikimotorlu təyyarə.

İKİNCİ (ID - 18501)

sıra s. 1. Birincidən sonra gələn. Ikinci sinif. Ikinci cərgə. Kitabın ikinci cildi. [Qəhrəman:] Ikinci gün şəhərdə olduqca şiddətli bir vuruşma gedirdi. H.Nəzərli. Birinci addımda lovğalananlar; Ikinci addımda yıxılacaqdır....

İKİNCİLİK (ID - 18502)

is. İkinci yeri tutma, ikinci yerdə olma. Gülşən bilirdi ki, bildir rayon yarışlarında Qəmər yüyürməkdə birincilik, tullanmaqda ikincilik qazanmışdır. Ə.Vəliyev.

İKİNCİSİZ (ID - 18503)

sif. İkincisi olmayan, əvəzsiz, tayı, bərabəri olmayan. [Xaspolad:] [Oqtay] Azərbaycan səhnəsinin doğma anası olan ikincisiz böyük bir sənətkar, sarsılmaz, fədakar bir sənət mübarizidir. C.Cabbarlı.

İKİNDİ (ID - 18504)

zərf Günün günorta ilə axşam arasındakı ikinci yarısı, günbatana yaxın hissəsi. Ikindi çağı idi. Obada “Dursunu ayı basmış”, - deyə səs qopdu. A.Şaiq. Səfialı atlıları kənddən çıxanda ikindi vaxtı idi. T.Ş.Simurq.

İKİNƏFƏRLİK (ID - 18505)

bax ikiadamlıq.

İKİNÖVBƏLİ (ID - 18506)

sif. İki növbədə görülən, iki növbəsi olan. Ikinövbəli iş.

İKİOXLU (ID - 18507)

sif xüs. İki oxu olan. Ikioxlu maşın. Ikioxlu yük avtomobili.

İKİOTAQLI (ID - 18508)

sif. İki otaqdan ibarət. Ikiotaqlı mənzil. - ..[Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı. M.Hüseyn. [Həsrət:] Nəcəfialı əmi, güman eləyirəm ki, yaza qədər həkim məntəqəsi üçün ikiotaqlı bir bina tikə...

İKİÖLÇÜLÜ (ID - 18509)

sif. xüs. İki ölçü ilə təyin edilən.

İKİÖVRƏTLİ (ID - 18510)

köhn. bax ikiarvadlı.

İKİÖVRƏTLİLİK (ID - 18511)

köhn. bax ikiarvadlılıq. [Hacı Mehdi:] A kişi, bu ikiövrətlilik qəribə yaman şey imiş. Ə.Haqverdiyev.

İKİPALATALI (ID - 18512)

sif. İki qanunverici palatadan ibarət olan. Ikipalatalı parlament.

İKİPARTİYALI (ID - 18513)

sif İki partiyası olan. İkipartiyalı sistem - ölkədə inhisarçı kapitalın, hakimiyyət başında bir-birini əvəz edən iki partiyanın mövcud olması.

İKİPARTİYALILIQ (ID - 18514)

is. Hökumət başında bir-birini əvəz edən iki siyasi partiyanın mövcud olduğu sistem.

İKİPƏNCƏRƏLİ (ID - 18515)

sif İki pəncərəsi olan. Ikipəncərəli otaq.

İKİPƏRDƏLİ (ID - 18516)

sif İki hissədən, iki pərdədən ibarət olan. Ikipərdəli pyes.

İKİPƏRLİ (ID - 18517)

sif İki pəri olan. Ikipərli üzgəc (balıqda).

İKİPİLLƏLİ (ID - 18518)

sif İki pilləsi olan. Ikipilləli pilləkən.

İKİPLANLI (ID - 18519)

sif İki tərəfi, iki planı olan; iki planda yerləşmiş. Ikiplanlı şəkil.

İKİPRİZMALI (ID - 18520)

sif riyaz. Daxilində iki prizma olan. Ikiprizmalı cihaz.

İKİPUDLUQ (ID - 18521)

sif köhn. İki pud ağırlığında olan. Ikipudluq daş. Ikipudluq yük. // İki pud tutan. Ikipudluq kisə. // Is. mənasında. İki pud ağırlığında olan daş.

İKİRƏQƏMLİ (ID - 18522)

sif riyaz. Rəqəmi iki olan. Ikirəqəmli say.

İKİRƏNG(Lİ) (ID - 18523)

sif İki rəngi olan, iki rəngdə boyadılmış; iki rəng verən, iki rəngə çalan. Ikirəngli fincan. Ikirəngli parça.

İKİRƏNGLİLİK (ID - 18524)

is. İki rəngdə olma, ikirəngli şeyin halı.

İKİSAATLIQ (ID - 18525)

sif İki saat davam edən və ya davam etmiş, iki saat üçün müəyyən edilmiş; iki saat vaxt tələb edən. Ikisaatlıq iş. Ikisaatlıq yol. Ikisaatlıq tənəffüs.

İKİSAPLI (ID - 18526)

sif İki dəstəsi, iki əl yerisi olan. Ikisaplı mişar.

İKİSƏSLİ (ID - 18527)

sif mus. İki səsdə oxunan, iki səs üçün yazılmış. Ikisəsli nəğmə. Ikisəsli xor.

İKİSƏTİRLİK (ID - 18528)

sif İki sətirdən ibarət. Ikisətirlik yazı.

İKİSİLİNDRLİ (ID - 18529)

sif xüs. İki silindri olan. Ikisilindrli maşın.

İKİSİMLİ (ID - 18530)

sif mus. İki simi olan (çalğı aləti).

İKİSİNİFLİ (ID - 18531)

sif köhn. İki sinfi olan. Ikisinifli ibtidai məktəb.

İKİSORMACLILAR (ID - 18532)

is. zool. Yastı qurdlar dəstəsi.

İKİŞAHILIQ (ID - 18533)

is. 10 qəpiklik sikkə (pul).

İKİŞƏKİLLİ (ID - 18534)

sif İki şəkli olan. Ikişəkilli pyes.

İKİŞƏR (ID - 18535)

say. İki-iki, cüt-cüt, qoşa-qoşa. Otağın divarları uzunu düzülmüş taxta pillələrdə ikişər cərgə oturmuş şagirdlərdən, yuxarı pillədəkiləri kitab, aşağıda oturanları “Çərəkə” oxuyan idilər. T.Ş.Simurq. // Hər birinə...

İKİTAGLI (ID - 18536)

sif İki tağı olan, iki tağdan ibarət. Qarşıdakı ikitağlı böyük pəncərədən gur işıq içəri dolurdu. M.İbrahimov.

İKİTAXTA1 (ID - 18537)

sif köhn. İki taxtadan ibarət. Ikitaxta tuman. Ikitaxta yorğanüzü.

İKİTAXTA2 (ID - 18538)

sif İki pillədən ibarət; ikipilləli. Içəri girən kimi enli ikitaxta pilləkən qəşəngliyi, təmizliyi və zərifliyi ilə nəzəri cəlb edirdi. Ə.Vəliyev.

İKİTAKTLI (ID - 18539)

sif mus. İki takt davam edən, iki takta uyğun olan. Ikitaktlı pauza.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed