İzahlı lüğət

İKİNCİ

sıra s. 1. Birincidən sonra gələn. Ikinci sinif. Ikinci cərgə. Kitabın ikinci cildi. [Qəhrəman:] Ikinci gün şəhərdə olduqca şiddətli bir vuruşma gedirdi. H.Nəzərli. Birinci addımda lovğalananlar; Ikinci addımda yıxılacaqdır. S.Vurğun. Keyfiyyətcə birincidən aşağı. Ikinci növ çay. Ikinci dərəcəli kayut. Ikinci dərəcəli mal. Ən əsas (ən mühüm, ən vacib) hesab edilməyən. Ikinci planda duran məsələ. O biri məsələlər ikinci plana keçirildi. // Əsas olmayan, köməkçi partiyanı ifa edən. Ikinci skripka. Ikinci rollarda çıxış etmək.
Əsası, birincini əvəz edən. Ikinci vətən. Ikinci atamın icazəsi ilə rus dilini öyrənmək üçün bu məktəbə girib, bir il burada təlim alıb çıxdım. F.Köçərli. Ogey saymayırdı əsla özünü; Sevirdi ikinci anasını da. M.Rahim.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed