İMKAN (ID - 18791)is. [ər.] 1. Hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi, mümkünlük, mümkün olma. Nə dildə olsa olsun elm olsun xəlqi-aləmdə; Deyildir bir dilə məxsus, var hər dildə imkanı. S.Ə.Şirvani. ..Kömək etmək imkanı...
|
İMKANLI (ID - 18792)sif İmkanı olan, mümkünü olan, iqtidarı olan.
|
İMKANSIZ (ID - 18793)sif 1. İmkanı olmayan, mümkünü olmayan. Imkansız adam.
2. İmkansızdır şəklində - mümkün deyil, qeyri-mümkündür, çox çətindir. Xəstəliyin əlacı imkansızdır. Öhdəsindən gəlmək imkansızdır. □ İmkansız olmaq - mümkün... |
İMKANSIZLIQ (ID - 18794)is. Qeyri-mümkünlük, mümkün olmama, imkan olmama, çox çətin olma; bir işin yerinə yetirilməsi üçün imkan və şərait olmadığı hal. Gözəl Təliə, insanı bu qədər düşünməyə məcbur edən yeganə bir şey vardısa, o da imkansızlıqdır....
|
İMLA (ID - 18795)is. [ər.] 1. Hər bir ədəbi dil üçün qəbul edilmiş vahid və düzgün yazı sistemi; orfoqrafiya. □ İmla qaydaları - hər hansı bir dildə düzgün yazma qayda və üsulları. Imla dərsi. Imla xatası. - Möhtərəm ədibimiz ingilislərin...
|
İMMANENT (ID - 18796)sif [latıncadan] kit. Bir şeyin və ya hadisənin daxilən öz təbiətinə xas olan, ondan doğan; daxili. Kapitalist istehsalının immanent qanunları.
|
İMMİQRANT (ID - 18797)is. [lat.] Mühacir, bir ölkədən köçüb başqa ölkədə yaşayan.
|
İMMÜN (ID - 18798)is. [latıncadan] tib. biol. Yoluxan xəstəliklərə və müəyyən zəhərlərə qarşı qorunma qabiliyyəti olan. Insanın ömrü ərzində keçirdiyi müxtəlif xəstəliklərin nəticəsində onun qanında həmin xəstəlik törədən mikroblara...
|
İMMUNİTET (ID - 18799)[latıncadan] tib. biol. Orqanizmin yoluxma xəstəliyinə tutulmamaq qabiliyyəti.
|
İMMUNİZASİYA (ID - 18800)[lat.] tib. biol. İmmunitet yaratma (bax immunitet).
|
İMMUNLUQ (ID - 18801)is. tib. biol. Yoluxucu xəstəliklərə və bəzi zəhərlərə qarşı qoruna bilmə qabiliyyəti.
|
İMPERATOR (ID - 18802)[lat.] Padşahın, hökmdarın ən yüksək titulu və bu titulu daşıyan şəxs;
padşah. [Bağır xan:] Siz imperator zabitini soymaqmı istəyirsiniz? E.Sultanov. |
İMPERATORLUQ (ID - 18803)is. 1. İmperatorun titulu, adı. // İmperatorun hökmdarlıq etdiyi dövr, müddət.
2. Bir imperatorun idarəsi altında olan dövlət, ölkə; hökmdarı imperator titulu daşıyan dövlət. Roma imperatorluğu. - III Dövlət duması çar imperatorluğunun... |
İMPERATRİÇƏ (ID - 18804)is. 1. İmperatorun arvadı.
2. Qadın imperator. |
İMPERİAL (ID - 18805)[lat.] köhn. 10 manatlıq rus qızıl pulu (1755-ci ildən); 1897-ci ildən sonra (inqilaba qədər) 15 manat dəyərində olan qızıl pul. Pinəçilər bafta taxar boynuna; İmperial tökər vərəq oynuna. Q.Zakir. [Xonça qabının] içinə oğlan...
|
İMPERİALIST (ID - 18806)[fr. ] 1. İmperializm və təcavüz siyasəti yürüdən inhisarçı kapitalın nümayəndəsi olan iri kapitalist. Müharibə qızışdıran imperialistlər.
2. İmperialist monopoliyalar. |
İMPERİALIZM (ID - 18807)[fr.] Kapitalizmin XIX əsrin axırında və XX əsrin əvvəlində daxil olduğu ən yüksək və axırıncı mərhələsi; iri inhisarlarla səciyyələndirilən xammal mənbələri və xarici bazarlar uğrunda özgə ölkələri tutmaq, özgə xalqları...
|
İMPERİYA (ID - 18808)[lat.] 1. Başında imperator duran monarxist dövlət.
2. İri imperialist müstəmləkəçi dövlət. Britaniya imperiyası. - 1905-ci il inqilabı Rusiya imperiyasında yaşayan bütün xalqların həyatında yeni dövr açdı. M.İbrahimov. |
İMPİÇMENT (ID - 18809)is. [ing.] 1. Vəzifəsindən kənarlaşdırma.
2. Mühakimə etmək. |
İMPORT (ID - 18810)[ing. əsli lat.] bax idxalat.
|
İMPOTENSİYA (ID - 18811)is. [lat.] Cinsi gücsüzlük.
|
İMPRESSARİO (ID - 18812)is. [ital.] Konsert, tamaşa, qastrollar təşkil edən işbaz.
|
İMPRESSİONfST (ID - 18813)[fr.] 1. İmpressionizm tərəfdarı olan rəssam, musiqiçi, yazıçı.
2. İmpressionizm mahiyyətində olan, impressionizm üçün səciyyəvi olan; şəxsi təəssürat və əhval-ruhiyyəyə əsaslanan. İmpressionist əsər. İmpressionist... |
İMPRESSİONIZM (ID - 18814)[fr.] XIX əsrin ikinci yarısında burjua incəsənətində meydana gəlmiş cərəyan (bu cərəyan tərəfdarları realizmi rədd edir, ictimai məsələlərdən qaçır, əsərlərində şəxsi əhval-ruhiyyə və təəssüratlarını verməyə çalışır...
|
İMPROVİZASİYA (ID - 18815)[lat.] Hazırlaşmadan şeir, ya nitq söyləmə, hava oxuma və ya musiqi çalma; irtical. Vəznsiz musiqiyə bunlar daxildir: ladlar üzərində vokal və çalğı gəzişməsi (improvizasiya). U.Hacıbəyov.
|
İMPROVİZATOR (ID - 18816)[lat.] İmprovizasiya qabiliyyəti olan adam: hazırlaşmadan şeir və ya nitq söyləmək, musiqi yaradıb çalmaq qabiliyyəti olan adam. Mahir improvizator.
|
İMPROVİZATORLUQ (ID - 18817)is. İmprovizasiya qabiliyyəti; hazırlaşmadan döşdən şeir, nitq söyləmək, musiqi yaradıb çalmaq.
|
İMPULS (ID - 18818)[lat.] kit. 1. Hər hansı bir hərəkəti doğuran daxili səbəb, təkan. Yaradıcılıq impulsu. İradə impulsu.
2. fiz. Cismin kütləsi ilə sürətinin hasilinə bərabər olan hərəkət miqdarı. |
İMRƏNDİRMƏ (ID - 18819)“İmrəndirmək” dən f.is.
|
İMRƏNDİRMƏK (ID - 18820)f Həvəsləndirmək, tamaha salmaq, tamahsılandırmaq.
|
İMRƏNMƏ (ID - 18821)“İmrənmək” dən f.is.
|
İMRƏNMƏK (ID - 18822)f Həvəslənmək, tamaha düşmək, iştahaya gəlmək, ağzı sulanmaq; arzu və həvəs oyanmaq.
|
İMRİK (ID - 18823)is. məh. Əzilmiş, döyülmüş şeyin içində qalan iri dənəsi. İmrik duz.
|
İMRİKLƏMƏ (ID - 18824)“İmrikləmək” dən f.is.
|
İMRİKLƏMƏK (ID - 18825)f məh. Buğda, duz və bu kimi şeyləri tam döyməmək, narın etməmək. Duzu imrikləmək. Arpanı imrikləmək.
|
İMRİKLƏTMƏ (ID - 18826)“İmriklətmək” dən f.is.
|
İMRİKLƏTMƏK (ID - 18827)bax imriklətdirmək.
Yarma xəşili bişirmək üçün buğdanı imriklətmək. |
İMSİK (ID - 18828)sif. İy bilən, iyi tez duyan. Imsik adam.
|
İMSİLƏMƏ (ID - 18829)“İmsiləmək” dən f.is.
|
İMSİLƏMƏK (ID - 18830)f məh. İyləmək, qoxulamaq, iy almaq. Külək də ac it kimi vurnuxur o küçədən bu küçəyə; Qapıları, divarları imsiləyir. R.Rza. Imsilədi o, havanı; Buynuzunu sürtdü daşa. Z.Xəlil.
|
İMSİLƏNMƏ (ID - 18831)“İmsilənmək” dən f.is.
|
İMSİLƏNMƏK (ID - 18832)f İy duymuş kimi oraburanı iyləmək. Sallayıb başını imsilənərək; Qapının ağzında gərnəşir köpək. S.Vurğun.
|
İMTAHAN (ID - 18833)is. [ər.] 1. Hər hansı bir fənn üzrə keçirilən yoxlama sınağı. Yaz-yay imtahanları. Imtahana hazırlaşmaq. Imtahan komissiyası. - Imtahan məclisi qurulmuşdur; Zalda skamyalar qoyulmuşdur. A.Səhhət. Imtahan söhbəti indi hər yerdə...
|
İMTAHANEDİCİ (ID - 18834)sif 1. İmtahan edən, imtahan qəbul edən. Imtahanedici komissiya.
məc. Sınayıcı, yoxlayıcı, sualedici. Polad bir dəqiqə Məşədi bəyə imtahanedici gözlərlə baxdı, sonra ətrafına boylanaraq, otaqda özlərindən başqa heç kim... |
İMTAHANQABAĞI (ID - 18835)sif İmtahan qarşısında olan, imtahan başlanmamış. Imtahanqabağı hazırlıq. Imtahanqabağı mühazirələr.
|
İMTAHANSIZ (ID - 18836)zərf İmtahan vermədən, imtahan olmadan. Imtahansız qəbul olunmaq. Imtahansız sinifdən-sinfə keçmək.
|
İMTİNA (ID - 18837)[ər.]: imtina etmək - boyun qaçırmaq, çəkinmək, istəməmək, rədd etmək. Yeməkdən imtina etmək. Qonaqlıqdan imtina etmək. - Rzaqulu xan səfarət ümurunda təcrübəm yox deyə, səfarətdən büsbütün imtina edirdi. M.S.Ordubadi. Mehriban...
|
İMTİYAZ (ID - 18838)is. [ər.] 1. Müstəsna hüquq. // Üstünlük, güzəşt. Müharibə əlillərinə verilən imtiyazlar. - Məsmə, bir ittifaq üzvünün istifadə edə biləcəyi bütün hüquq və imtiyazlardan istifadəyə çalışır. S.Hüseyn.
2. iqt. Ölkə... |
İMTİYAZLI (ID - 18839)sif 1. İmtiyazdan istifadə edən, imtiyazı olan, müstəsna hüququ olan (bax imtiyaz 1-ci mənada). ..Əgər Qafqaz [Finlandiya] kimi imtiyazlı və həm müstəqil bir ölkə olsaydı, ana dilində açılmış məktəblərdən arzu olunan [nəticə]...
|
İMTİYAZNAMƏ (ID - 18840)is. [ər. imtiyaz və fars. namə] İmtiyaz kağızı, imtiyaz müqavilənaməsi (bax imtiyaz 2-ci mənada).
|
Bu səhifə dəfə baxılıb