İMLAis. [ər.] 1. Hər bir ədəbi dil üçün qəbul edilmiş vahid və düzgün yazı sistemi; orfoqrafiya. □ İmla qaydaları - hər hansı bir dildə düzgün yazma qayda və üsulları. Imla dərsi. Imla xatası. - Möhtərəm ədibimiz ingilislərin imlasının adını qoyur “əcib “, amma bizim imlaya heç olmasa “bir az əcib “də demək istəmir. C.Məmmədquluzadə.
2. Şagirdlərə orfoqrafiya vərdişlərini və savadlı yazmağı öyrətmək məqsədi ilə onlara deyib yazdırma işi. □ İmla demək - deyib yazdırmaq, diktə etmək. Müəllim imla deyir, uşaqlar da qələmlərini mürəkkəbə batırıb başlarını yana əyərəkyazırdılar. M.Arif. Paylaşın - Hamı bilsin
|