İzahlı lüğət

İLİM-İLİM (ID - 18691)

ilim-ilim itmək, ilim-ilim getmək - tamamilə yox olmaq, yoxa çıxmaq, izsiz itmək. Göy üzü kilim-kilim; Yar itdi ilim-ilim; Kəsin düşmən dilini; Doğrayın dilim-dilim. (Bayatı). Laçın seydgaha qılanda güzar; Ilim-ilim itər bayquş,...

İLİNMƏ (ID - 18692)

“İlinmək” dən f.is.

İLİNMƏK (ID - 18693)

f. məh. Azca qızmaq, ilıq olmaq. Yazda çayın suyu ilinir.

İLİŞDİRİLMƏ (ID - 18694)

“İlişdirilmək” dən f.is.

İLİŞDİRİLMƏK (ID - 18695)

məch. 1. İlişik hala salınmaq, taxılmaq, keçirilmək, bənd edilmək.
2. məc. Bərk vurulmaq, çəkilmək.

İLİŞDİRMƏ (ID - 18696)

“İlişdirmək” dən f.is.

İLİŞDİRMƏK (ID - 18697)

f. 1. Bir şeyi başqa bir şeyə keçirib bənd etmək, taxmaq; bir şeyi çəngəl, mıx, düymə və s. bu kimi şeylərlə tutdurmaq. Hacı Aslan çuxasının ətəklərini qurşağına ilişdirib, qoçu dəstəsinin qabağında o tərəf-bu tərəfə...

İLİŞİK (ID - 18698)

1. sif. Düyün, pırtlaşıq, ilişmiş şeyin halı. Ilişik ip. Ilişik məftil. // İs. mənasında. Bayaqdan yazıq qadın neçə dəfə məftili ilişikdən qurtarıb. Mir Cəlal.
məc. Dolaşıq, qarışıq. Ilişik fikirlər.
is. Münasibət,...

İLİŞİKLİ (ID - 18699)

1. sif. İlişiyi olan (b a x ilişik 2-ci mənada). Işi ilişikli (z.) qoyma.
2. Əngəlli, dolaşıqlı. Ilişikli iş.

İLİŞİKSİZ (ID - 18700)

sif 1. İlişiyi olmayan.
2. məc. Əngəlsiz, maneəsiz, qolay. Cabbarlının .. qısa yaradıcılıq yolu heç də hamar və ilişiksiz olmamışdır. M.Arif.

İLİŞKƏN (ID - 18701)

sif İlişən, dolaşan; əl-ayağa, paltara yapışan, sancılan. Ilişkən cücü. Ilişkən ot. - Balaca Sabir sərt və ilişkən bir şeyin döşündə gəzdiyini görüb gözlərini açdı. S.Rəhimov.

İLİŞKƏNLİK (ID - 18702)

is. İlişkən şeyin hal və xassəsi, ilişmə, yapışma xasiyyəti.

İLİŞMƏ (ID - 18703)

1. “İlişmək” dən f.is.
2. məc. Maneə, əngəl, ilişik. Səkkiz nəfərlik təmir mexaniki briqadam var, harada bir ilişmə oldu, göndərirəm. Mir Cəlal.

İLİŞMƏK (ID - 18704)

f 1. Taxılmaq, taxılıb qalmaq, bir şeyə keçib qalmaq. [İlyasın] saçlarına quru ot və saman çör-çöpləri ilişmişdi. Ə.Məmmədxanlı. // Qarmaq, mıx kimi iti bir şeyə keçmək. Paltarım mıxa ilişdi. - Çəpərdən hoppananda dəsmal...

İLİTMƏ (ID - 18705)

“İlitmək” dən f.is.

İLİTMƏK (ID - 18706)

f məh. Qızdırmaq (suyu, xörəyi, çayı və s.-ni). Kərim də bu uşağa yenə ata kimi öz qüvvətli qollarını açdı, onu öz komalarına gətirdi, əvvəlki kimi ocaq işıldatdı, su ilitdi, onu saxladı. S.Rəhimov.

İLK (ID - 18707)

sif. 1. Birinci, əvvəlinci, ən əvvəl olan, ən qabaq (so^ qarşılığı). Ilk uşaq. Ilk təəssürat. Ilk əsər. Ilk sıra. - [Səmirə:] Ilk günlərdə öz xəstəliyimdən çox, palatada uzanmış yoldaşlarımın vəziyyəti ilə maraqlanırdım....

İLKCƏ (ID - 18708)

sif və zərf Ən birinci, ən əvvəl: hamıdan qabaq.

İLKİN (ID - 18709)

1. zərf İlk olaraq, birinci olaraq, ilk dəfə, birinci dəfə. Gözümü dünyaya açanda ilkin; Anamı görmüşəm, səni görmüşəm. S.Rüstəm. Bulağın suyundan ilkin içmək şərəfini qırx cavana verirlər. R.Rza. Elə bil ki, ilkin gördüm;...

İLKİNCİ (ID - 18710)

sıra s. Birinci.

İLKİNDİ (ID - 18711)

bax ikindi. [Molla İbrahimxəlil:] Molla Həmid, Nuxadan yola düşən adamlar, Şeyx Salahın yazmağına görə, gərək bu gün ilkindi çağı buraya yetişsinlər. M.F.Axundzadə. Ilkindi çağıydı. Əşrəf yoldaşları ilə bərabər salonda...

İLQAR (ID - 18712)

is. [ər. “iqrar” dan] 1. Söz vermə, əhd, vəd, vəfa. Ilqarından dönən namərddir. (Ata. sözü). [Koroğlu:] Üz tutmuşam, bu diyara gəlmişəm; Çənlibeldən bir ilqara gəlmişəm. “Koroğlu”. Biz ki ilqar keçirmişik aradan; Amin...

İLQARLI (ID - 18713)

sif İlqarında möhkəm, sözünün üstündə duran, əhdinə əməl edən; vəfalı. Gedirdim yaraq ilə; Ot biçdim oraq ilə; Bir ilqarlı gözəli; Gəzirəm çıraq ilə. (Bayatı).

İLQARSIZ (ID - 18714)

sif Əhdini pozan, sözündə durmayan, vəfasız. Su gələr, asta gedər; Astabaasta gedər; Ilqarsız qız yanına; Sağ olan xəstə gedər. (Bayatı). Sən yaxşıya can de, xaini dağla; Ilqarsız adamın nitqini bağla. Aşıq Şəmşir.

İLLA (ID - 18715)

əd. [ər.] klas. 1. İstisna bildirir: ...dən başqa, ...dən savayı. Cismində yox özgə dərdə tabı; Illa qəmi-eşq iztirabi. Füzuli.
Əvət, hər şey para ilə əldə edilir; Illa fəzilət və insaniyyət! H.Cavid. □ Və illa klas....

İLLAH, İLLAH DA (ID - 18716)

[ər. “illa” dan] dan. bax illa 3 -cü mənada. [Gülsənəm:] Yaxşı dedin qoydun? Bizim tövlələrdə yanan [elektrik] adamın gözlərini qamaşdırır. Illah da ki mənim kimisinin. M.Hüseyn. Illah da ona görə ağır oldu ki, Əntərzadə...

İLLƏRLƏ, İLLƏRCƏ (ID - 18717)

zərfi Bir çox illər boyu, bir neçə il, illər uzunu, illər ərzində. Illərlə bir iş üzərində işləmək. Illərlə yol gözləmək. Illərlə təcrübə əldə etmək. - Hər kimin ağı qara isə utansın, a balam! Bəlkə illərcə yatanlar...

İLLƏT (ID - 18718)

is. [ər.] 1. Xəstəlik, azar. Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dava edələr gər şərab ilə. S.Ə.Şirvani. Bu illətin Allaha qalıb bircə davası. Ə.Nəzmi. [Qurban:] Məsələ küləkdə deyil, profiessor, görünür,...

İLLƏTLİ (ID - 18719)

sif. 1. Bir illətə (xəstəliyə, azara) mübtəla olan; xəstə. ..[İflic] azarına mübtəla olan bir bədənin məriz və illətli hissəsi salamat olan hissəsinə kömək əvəzinə ağırlıq və əziyyət yetirir.. F.Köçərli. // Cismani nöqsanı,...

İLLƏTSİZ (ID - 18720)

sif Səbəbsiz. [Şeyx Sənan:] Ah, Xumar, Xumar! Niyə gəldin? Deyil bu, illətsiz; Məni məhv eləməkmi niyyətiniz? H.Cavid.

İLLİK (ID - 18721)

sif. 1. Bir il davam edən və ya davam etmiş. Illik ezamiyyət. Illik fəaliyyət. Illik gəlir. Illik orta temperatur. // Bir il üçün nəzərdə tutulmuş, bir il üçün hesaba alınmış. Illik hesabat. Illik tapşırıqlar yerinə yetirilmişdir....

İLLÜMİNATOR (ID - 18722)

is. [lat.] Hava və su nəqliyyatı vasitələrində şüşəli pəncərə.

İLLÜSTRASİYA (ID - 18723)

[lat.] Kitabın mətni ilə əlaqədar olan və bu mətnin izahına kömək edən şəkil. Jurnalın beşinci nömrəsində dərc olunmuş “Məclisi-ədəb “şəkli müsəl
manlarda susmanın, mütiliyin və tam sükutun nə qədər uca bir mərtəbədə...

İLLÜSTRATIV (ID - 18724)

sif [lat.] Əyani. Lüğətdə illüstrativ material. // İllüstrasiyaya aid, illüstrasiya məqsədi daşıyan.

İLLÜSTRATOR (ID - 18725)

[lat.] Kitabın mətninə dair şəkillər çəkən rəssam; kitab rəssamı.

İLLÜZİONIST (ID - 18726)

[fr. illusion-dan] 1. İllüzionizm (1-ci mənada) tərəfdarı.
2. Müxtəlif və mürəkkəb üsul və vasitələrin köməyi ilə cürbəcür fokuslar göstərən sirk artisti; gözübağlıca.

İLLÜZİONIZM (ID - 18727)

is. [fr.] 1. Maddi aləmin illüziyadan - yanlış təsəvvürlərdən başqa bir şey olmadığını iddia edən, elmə zidd, idealist fəlsəfi görüş.
2. Sehrbazlıq, gözbağlıcalıq.

İLLÜZİYA (ID - 18728)

[fr.] Olmayan bir şeyi həqiqi bir şey kimi qəbul etmə; yanlış, səhv təsəvvür; xəyal. [Teatr direktoru:] Çünki biz səhnədə bəzən boyalar vasitəsilə illüziya yaradırıq, alaqapı isə möhkəm materialdan düzəlir. M.Hüseyn. //...

İLMƏ (ID - 18729)

is. 1. Toxunma şeylərin (xalça, corab, parça və s.-nin) ayrı-ayrı halqaşəkilli düyünləri. İlmə salmaq. İlmə vurmaq. - Ustabaşı kənarda durub .. təlimat verir, qabarlı əllər ilmə düyürdü. Çəmənzəminli. Qız keçib dəzgah...

İLMƏK (ID - 18730)

is. 1. Asanlıqla açılan düyün. Mustafa bəy örtüyü götürdükdə bir dənə ilmək hörülmüş kəndir görür. Ə.Haqverdiyev. ..Belindən qayışını açıb bir ucunu onun buynuzuna ilmək kimi salıb çəkdi. M.Rzaquluzadə.
2. B a...

İLMƏKLƏMƏ (ID - 18731)

“İlməkləmək” dən f.is.

İLMƏKLƏMƏK (ID - 18732)

f 1. İlməyə keçirmək, ilməyə bənd etmək.
2. İlmək vurmaq.

İLMƏKLƏTMƏ (ID - 18733)

“İlməklətmək” dən. f.is.

İLMƏKLƏTMƏK (ID - 18734)

icb. İlməklə bağlatmaq, ilməyə bənd etdirmək.

İLMƏKLİ (ID - 18735)

sif İlmək vurulmuş, ilməyi olan. İlməkli ip.

İL-MÜDAM (ID - 18736)

zərf Daim, həmişə. Həsrətindən sızıldaram sübhü şam; Cism xəstə, gözü yaşlı il-müdam. Aşıq Nəbi. Arizdən Məcnunə tez yetirpəyam; Nə dolanır səhralarda il-müdam. Aşiq Ariz.

İLTİCA (ID - 18737)

is. [ər. ] 1. Sığınma, birinin yanına qaçıb himayə istəmə, pənah gətirmə. [Fərhad:] Mən ömrümdə bir kəsə yalvarmadığım halda, namusum yolunda iltica dili açaraq sizə yalvarıram. C.Cabbarlı. [Sarıköynəyin] gözlərinin dərinliklərində...

İLTİFAT (ID - 18738)

is. [ər.] 1. Lütfkarlıq, lütf, mərhəmət, etina. Vardır şirin-şirin xoş ixtilatın: Nə fayda Vaqifə yox iltifatın. M.P.Vaqif. Kəsmə iltifatın qul Ələsgərdən; Kərəmli sultanım, getmə, amandı. Aşıq Ələsgər. [Eldar:] Mən ağlımı...

İLTİFATKAR (ID - 18739)

[ər. iltifat və fars. ...kar] bax iltifatlı.

İLTİFATKARANƏ (ID - 18740)

zərf[ər. iltifat və fars. karanə] köhn. İltifatla, hörmətlə, hüsntəvəccöhlə, gülər üzlə, xoş üzlə. İltifatkaranə qəbul etmək.

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed