İzahlı lüğət

İLTİCA

is. [ər. ] 1. Sığınma, birinin yanına qaçıb himayə istəmə, pənah gətirmə. [Fərhad:] Mən ömrümdə bir kəsə yalvarmadığım halda, namusum yolunda iltica dili açaraq sizə yalvarıram. C.Cabbarlı. [Sarıköynəyin] gözlərinin dərinliklərində rica ilə qarışıq bir iltica xahişi var idi. S.Hüseyn.
İ1tica etmək (ey1əmək, gətirmək) - pənah gətirmək, sığınmaq, himayə istəmək. Dərgahına saqi eylər iltica; Baş əyər sürahi, piyalə sənə. Q.Zakir. [Xanım:] Siz bilirsiniz ki, mən onun xanımı deyiləm, zatən aramızda iyirmi yaş fərq var. Ancaq bir parça çörək üçün evinə iltica etmişəm.. Çəmənzəminli.
2. məc. Xahiş, rica, yalvarış. Aşıq-məşuq olub, qəlbi yanmasa; Bir bu qədər ilticayə düşərmi? Aşıq Ələsgər. Uzun ilticadan sonra Babaxan qızı inandırmışdı. Mir Cəlal.
İ1tica etmək (e1əmək) - xahiş etmək, rica etmək. Məşədi Əsgər təcilən.. [müsafirə] tərəf yan alıb, çamadanını aparmaq üçün öz dili ilə ona iltica etdi. S.M.Qənizadə. ..Mirzə Fətəli əziz və mehriban dayısının ayağına düşüb, ondan .. iltica eləyir ki, onu qulluğa qoysun. F.Köçərli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

İZ

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed