İLİM-İLİMilim-ilim itmək, ilim-ilim getmək - tamamilə yox olmaq, yoxa çıxmaq, izsiz itmək. Göy üzü kilim-kilim; Yar itdi ilim-ilim; Kəsin düşmən dilini; Doğrayın dilim-dilim. (Bayatı). Laçın seydgaha qılanda güzar; Ilim-ilim itər bayquş, yapalaq. Q.Zakir. Alagözlü gəlin Göygölü düşünürəm; Bu yerlərdən ilim-ilim itib qaçan; Azarı, ölümü düşünürəm. N.Rəfibəyli. Ilimilim itirmək - 1) səsi bir daha gəlməyəcək yerlərə, uzaqlara göndərmək, uzaqlaşdırmaq; sürgünə, həbsə göndərmək. O atın ölümünü məndən gördün, məni ilim-ilim itirdin. Mir Cəlal; 2) yox etmək, yoxa çıxarmaq, öldürtmək.
Paylaşın - Hamı bilsin
|