İzahlı lüğət

İLLİK

sif. 1. Bir il davam edən və ya davam etmiş. Illik ezamiyyət. Illik fəaliyyət. Illik gəlir. Illik orta temperatur. // Bir il üçün nəzərdə tutulmuş, bir il üçün hesaba alınmış. Illik hesabat. Illik tapşırıqlar yerinə yetirilmişdir. - Tahir bir neçə gün əvvəl illik planı doldurduqlarını söylədi. M.Hüseyn. [Usta Qəzənfər:] Dəniz neftçiləri illik planı vaxtından əvvəl yerinə yetiriblər. Z.Xəlil. // İldə bir dəfə çıxan, ildə bir dəfə olan. Illik məcmuə. Akademiyanın illik yığıncağı.
2. Bir yaşında. Illik bala. - Siz sərv kimi sərkəş olub böylə boy atdız; Illik beçətək banlayaraq xalqı oyatdız. M.Ə.Sabir.
...illik - ilin sayını bildirən mürəkkəb sözlərin ikinci tərkib hissəsi; məs.: beşillik, üçillik, ikiillik.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed