İzahlı lüğət

İLLAH, İLLAH DA

[ər. “illa” dan] dan. bax illa 3 -cü mənada. [Gülsənəm:] Yaxşı dedin qoydun? Bizim tövlələrdə yanan [elektrik] adamın gözlərini qamaşdırır. Illah da ki mənim kimisinin. M.Hüseyn. Illah da ona görə ağır oldu ki, Əntərzadə özünü mərkəz adamı sayırdı. Mir Cəlal. □ İllah etmək (eləmək) dan. - and vermək, yalvarmaq, təkid etmək, çox çalışmaq. Ha illah elədik, Kəmalədən söz çıxara bilmədik. M.Hüseyn. [Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən oxumaz, nə illah eləyirsən oxumayanda oxumaz! Inaddı! Mir Cəlal. Hərçi illah elədi(lər) dan. - nə qədər çalışdı(larsa), səy etdi(lərsə), əlləşdi(lərsə). Vəzir, vəkil yığılıb münəccim çağırdılar, hərçi illah elədilər, yuxunu yozub bir yana çıxarda bilmədilər. (Nağıl).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed