İLLAəd. [ər.] klas. 1. İstisna bildirir: ...dən başqa, ...dən savayı. Cismində yox özgə dərdə tabı; Illa qəmi-eşq iztirabi. Füzuli.
Əvət, hər şey para ilə əldə edilir; Illa fəzilət və insaniyyət! H.Cavid. □ Və illa klas. - bundan başqa. Və illa min-min illər keçər ki, bu murad hasil olmaz. M.F.Axundzadə. Və illa hər bir mövcudatın bir müəyyən təklifi vardır.. C.Məmmədquluzadə. Yoxsa, əks halda. [Dumalar] ahəstə keçib getsinlər və illa, şahin və laçın duyuq düşüb, onların sürbəsini dağıdar və qızıl qana boyar. F.Köçərli. Bəzən “da” ədatı və “ki” bağlayıcısı ilə - xüsusən, ələlxüsus. Paylaşın - Hamı bilsin
|