İKİTARLALI (ID - 18540)sif k.t. İkitarlalıq üsulu ilə bağlı olan. Ikitarlalı əkin sistemi. Ikitarlalı təsərrüfat.
|
İKİTARLALIQ (ID - 18541)is. k.t. Hər il torpağın yarısını heriyə qoymaq qaydası ilə aparılan torpağı becərmə üsulu.
|
İKİTAYLI (ID - 18542)sif İki tərəfli (laylı), iki tayı olan. Ikitaylı darvaza. Ikitaylı pəncərə. - Ziyafət salonunun böyük və ikitaylı qapısı birdən açıldı. M.S.Ordubadi.
|
İKİTELLİ (ID - 18543)b a x ikisimli.
|
İKİTƏBƏQƏLİ (ID - 18544)sif İki qatdan, iki təbəqədən, iki laydan ibarət olan. Ikitəbəqəli torpaq.
|
İKİTƏBƏQƏLİLİK (ID - 18545)is. İkitəbəqəli şeyin hal və keyfiyyəti.
|
İKİTƏKƏRLİ (ID - 18546)bax ikiçarxlı.
|
İKİTƏNƏFFÜSLÜLƏR (ID - 18547)is. zool. Həm qəlsəmələri, həm də ciyərləri ilə tənəffüs edən balıqlar dəstəsi.
|
İKİTƏRƏFLİ (ID - 18548)sif. 1. İki tərəfi olan. Ikitərəfli cisim. Ikitərəfli qapı. İki istiqamətdə gedən, iki tərəfdən baş verən. Ikitərəfli küçə hərəkəti. Ikitərəfli top atəşi. Ikitərəfli sətəlcəm. - Kişinin məhəbbəti tamamilə ona keçdi,...
|
İKİTƏRKİBLİ (ID - 18549)sif Tərkibi iki ünsürdən
ibarət olan, cüttərkibli. Ikitərkibli cümlə. |
İKİTİRƏLİK (ID - 18550)is. Bir-birinə zidd iki dəstəyə ayrılma; təfriqə, nifaq, çəkişmə. İkitirəlik düşmək - nifaq düşmək, arasında ədavət düşmək. O, araya ikitirəlik düşə biləcəyindən qorxurdu. Ikitirəliyə lap tezliklə son qoymaq olardı....
|
İKİTOXUMLULAR (ID - 18551)bax ikiləpəlilər.
|
İKİTONLUQ (ID - 18552)sif 1. İki ton ağırlığında şey tutan. Ikitonluq yük maşını.
2. İki ton ağırlığında olan. Ikitonluq yük. Misirli qardaş addımladı; Çiynində Xeops ehramının ikitonluq daşı. O.Sarıvəlli. |
İKİ-ÜÇ (ID - 18553)say. Bir neçə, iki və ya üç. Iki-üç arşın dərində geniş bir qazma idi. H.Nəzərli. Alaçıqların yanında dizlik geymiş, belinə şal bağlamış iki-üç qadın tərpənirdi. M.İbrahimov. Qalın duman ətrafı elə bürümüşdü ki,...
|
İKİÜZLÜ1 (ID - 18554)sif 1. Üzü ilə astarının rəngi, naxışı və s. bir cür olan, hər iki üzü, hər iki tərəfi bir cür olan. Ikiüzlü parça. - Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli...
|
İKİÜZLÜ2 (ID - 18555)sif Üzdə bir cür, dalda başqa cür danışan, hərəkət edən; riyakar, qeyrisəmimi. Ikiüzlü adam. - Siz bağışlayın, yoldaş Mədəd, bu Tanrıverdi xalis ikiüzlüdür. S.Rəhimov. [Səmirə:] Mənim kimi bir qadın hesabla gərək Səidə...
|
İKİÜZLÜLÜK (ID - 18556)is. Özünü üzdə bir cür, dalda isə başqa cür göstərmə; riya, riyakarlıq. Ikiüzlülük etmək. - Dünyada saxtalığı, ikiüzlülüyü, riyanı və hiyləni sevməyən təmiz və səmimi bir şey varsa, o da sevgidir. M.S.Ordubadi. [Rəşid:]...
|
İKİÜZVLÜ (ID - 18557)bax ikihədli.
|
İKİVALENTLİ (ID - 18558)sif kim. İki valentdən ibarət olan.
|
İKİVERSTLİK (ID - 18559)sif 1. İki verst uzunluğunda olan. Ikiverstlik məsafə. Ikiverstlik yol. İki verst miqyaslı. Ikiverstlik xəritə.
|
İKİYANLI (ID - 18560)sif İki yanı olan.
|
İKİYARUSLU (ID - 18561)sif İki yarusu olan. Ikiyaruslu teatr zalı.
|
İKİYAŞAR (ID - 18562)sif İki yaşında olan, ikiyaşlı. Ikiyaşar dana. - Qulanlar böyüyüb ikiyaşar (z.) olmuşdular. “Koroğlu”.
|
İKİYAŞLI (ID - 18563)bax ikiyaşar.
|
İKİYERLİ (ID - 18564)bax ikiadamlıq.
|
İKİZİRVƏLİ (ID - 18565)sif İki zirvəsi (təpəsi, başı) olan.
|
İKMAL (ID - 18566)is. [ər.] Tamamlama, bitirmə, qurtarma, mükəmməlləşdirmə. Darülədəbin bilməliyiz qədrini, millət! Ikmalına göstərməli olduqca həmiyyət. M.Hadi. Bu gənc yeddi il idi ki, Parisdə tibb fakültəsini ikmal üçün sevgili vətənindən...
|
İKONA (ID - 18567)[yunancadan] Xristianlarda: Allahın, yaxud övliyaların şəkli.
|
İKRAH (ID - 18568)is. [ər.] İyrənmə, çimçişmə, diksinmə, nifrət. Bu bədheybət adam xanın gözünə sataşdıqda sanki xanda ona qarşı bir ikrah hissi əmələ gəldi. Çəmənzəminli. O, üz-gözünə boya vuranda və səliqəli geyinəndə, sədrinə xoş...
|
İKRAM (ID - 18569)is. [ər.] Hörmət, sayğı, əzizləmə, ehtiram, hörmət göstərmə. Xalqın işi bizlərə ikram idi; Ax, necə kef çəkməli əyyam idi. M.Ə.Sabir. O, Hicazdan dönüb keçən axşam; Vardı Bağdadə, gördü çox ikram. Cavid. □ İkram etmək...
|
İKS (ID - 18570)is. 1. Latın əlifbasının iyirmi dördüncü hərfi (X).
riyaz. Məlum olmayan və “X” hərfi ilə işarə olunan kəmiyyət. məc. Məlum olmayan və ya adı çəkilmək istənilməyən şəxsə işarə. |
İKSİR (ID - 18571)is. [ər. əsli yun.] Vaxtilə yalançı kimyagərlərin xariqüladə bir qüvvə və təsirə malik olduğunu zənn etdikləri mövhum bir maddə. [Hacı Kərim:] [Molla İbrahimxəlil kimyagər] məsələn, bir zad dürüst edibdir ki, adına iksir...
|
İKTİFA (ID - 18572)is. [ər.] Kifayətlənmə, qane olma. □ İktifa etmək (eləmək) - 1) kifayətlənmək, qane olmaq. [Hatəmxan ağa:] Niyə başa düşmədin, balam, çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin. M.F.Axundzadə. [Rüstəm...
|
İQAMƏT (ID - 18573)is. [ər.] Sakin olma, oturma, bir yerdə yaşamaq üçün qalma, qərar tutma. Mümkün degil, Füzuli, cahanda iqamətin; Bihudə sən bu mərhələdə məskən eylədin. Füzuli. O, Azərbaycanın Danaqırt qəsəbəsində təvəllüd edib, doqquz...
|
İQAMƏTGAH (ID - 18574)is. [ər. iqamət və fars. ...gah] İqamət yeri, oturulan yer, məskən. [Ata:] Müqəddəs qanuna görə iqamətgahı kim verəcək? Çəmənzəminli. // Hökumət və ya dövlət başçısının, habelə yüksək vəzifə sahibi olan şəxslərin...
|
İQBAL (ID - 18575)is. [ər.] Bəxt, tale; bəxti gətirmə. Sənsən mənim ayım, günüm, hilalım; Dövlətim, iqbalım, cahım, cəlalım. M.P.Vaqif. Tam iki aydır ki, tale, iqbal, ümid.. hər şey, məncə, məhv olub bitmiş.. H.Cavid. Gah onun, gah bunun üzünə...
|
İQDAM (ID - 18576)is. [ər.] Bir işə səbatla təşəbbüs etmə, başlama. □ İqdam etmək - təşəbbüs etmək, başlamaq, girişmək. [Ağa Salman:] Xanım, mən məhz sənin xatirin üçün bu işə iqdam edirəm. M.F.Axundzadə. Seyyid, ol mah sənin qətlinə...
|
İQDAMAT (ID - 18577)[ər. “iqdam” söz. cəmi] kit. bax iqdam. Belə bir iqdamatın iki qisim gözəl nəticəsi ola bilər. C.Məmmədquluzadə. Siz gərək iqdamata başlamaqdan əvvəl mənimlə danışaydınız. M.S.Ordubadi.
|
İQLİM (ID - 18578)is. [ər.] 1. Bir ölkənin, bir yerin meteoroloji şəraitinin (havası, suyu və s.) xüsusiyyətləri, ab-havası. Kontinental iqlim. Mötədil iqlim. Azərbaycanın aran yerlərinin iqlimi. Soyuq iqlim. - Göyərti şərait yaradıldığı təqdirdə,...
|
İQLİMLƏŞDİRİLMƏ (ID - 18579)“İqlimləşdirilmək” dən f.is.
|
İQLİMLƏŞDİRİLMƏK (ID - 18580)məch. Yeni iqlim şəraitinə, yeni mühitə alışdırılmaq.
|
İQLİMLƏŞDİRMƏ (ID - 18581)“İqlimləşdirmək” dən f.is. Toxumdan alınan bitkilər gec meyvəyə düşür və müxtəlif keyfiyyətli olur. Sitrusların bu qayda ilə çoxalmasından iqlimləşdirmə (akklimatizasiya) və yeni sortlar əldə etmək məqsədi ilə istifadə...
|
İQLİMLƏŞDİRMƏK (ID - 18582)f. Yeni iqlimə uyğunlaşdırmaq, yeni mühitə alışdırmaq (heyvanları, bitkiləri).
|
İQLİMLƏŞMƏ (ID - 18583)“İqlimləşmək” dən f.is.
|
İQLİMLƏŞMƏK (ID - 18584)f Yeni iqlim şəraitinə, yeni mühitə uyğunlaşmaq, alışmaq.
|
İQNA (ID - 18585)[ər.]: iqna etmək klas. - qane etmək, qənaətləndirmək, qənaətbəxş olmaq; razı etmək. [Qız:] [Nizamüddövlənin adamları] hər gün gəlib, məni iqna etmək istəyir, qandırırdılar. S.Hüseyn.
|
İQRAR (ID - 18586)is. [ər.] 1. Dil ilə söyləmə, ifadə etmə, dili ilə təsdiq etmə, etiraf. // Öz sözündə, əhdində möhkəmlik, dayanıq, səbat, sədaqət, vəfa. Əhdi dürüst ola, iqrarı möhkəm; Fikri-zikri sənin sarı gərəkdir. Q.Zakir. Aşinələr...
|
İQRARSIZ (ID - 18587)sif. Dəyanətsiz, öz sözündə, vədində, qərarında sabit olmayan. Vaqifi sevdi bir iqrarsız bivəfa; Badə getdi tamam çəkdiyi cəfa. M.P.Vaqif.
|
İQREK (ID - 18588)1. Latın əlifbasının axırıncıdan əvvəlki hərfi (y).
riyaz. X, Z hərfləri ilə yanaşı olaraq, həmin hərflə işarə olunan məchul kəmiyyət. məc. Naməlum, yaxud adı çəkilmək istənilməyən şəxsə işarə. |
İQTA (ID - 18589)is. [ər.] köhn. 1. Bağışlanmış və ya icraya verilmiş yer.
2. Malikanə. |
Bu səhifə dəfə baxılıb