İKİTƏRƏFLİsif. 1. İki tərəfi olan. Ikitərəfli cisim. Ikitərəfli qapı. İki istiqamətdə gedən, iki tərəfdən baş verən. Ikitərəfli küçə hərəkəti. Ikitərəfli top atəşi. Ikitərəfli sətəlcəm. - Kişinin məhəbbəti tamamilə ona keçdi, Fatma bilmərrə nəzərdən düşdü, hər gün ikitərəfli (z.) döyülüb söyüldü. Çəmənzəminli. Bütün yollar ikitərəflidir, həm qabağa gedir, həm də dala qayıdır. M.İbrahimov. // Hər iki tərəfə işləyən, hərəkət edən, fəaliyyət göstərən. Ikitərəfli rabitə xətti. Hər iki tərəfin razılığı ilə olan, hər iki tərəf üçün məcburi olan; qarşılıqlı. Ikitərəfli müqavilə. Ikitərəfli saziş. İki tərəfə, iki yana. [Musanın nəvəsi] başını ikitərəfli (z.) daradı, belini düymələdi. Qantəmir.
Bax ikibaşlı 1 və 3-cü mənalarda. Paylaşın - Hamı bilsin
|