.....i_l_by_id_with_comments İQBAL sözünün izahı / İQBAL sözünün mənası

İzahlı lüğət

İQBAL

is. [ər.] Bəxt, tale; bəxti gətirmə. Sənsən mənim ayım, günüm, hilalım; Dövlətim, iqbalım, cahım, cəlalım. M.P.Vaqif. Tam iki aydır ki, tale, iqbal, ümid.. hər şey, məncə, məhv olub bitmiş.. H.Cavid. Gah onun, gah bunun üzünə güldü iqbal. Vahabzadə. □ İqbalı dönmək - bəxti gətirməmək; bəxti, taleyi dönmək. Həmdülillah, dönüb iqbalı bizim tazələrin; Qarışıb yenə əhvalı bizim tazələrin. Ə.Nəzmi. İqbalı gətirmək - bəxti gətirmək. [Bayram:] Ümid yoxdur, iqbalım gətirməyəcək, Zalxa etdiyi vədəni bitirməyə cürət edə bilməyəcək. M.F.Axundzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
....