İQAMƏTis. [ər.] Sakin olma, oturma, bir yerdə yaşamaq üçün qalma, qərar tutma. Mümkün degil, Füzuli, cahanda iqamətin; Bihudə sən bu mərhələdə məskən eylədin. Füzuli. O, Azərbaycanın Danaqırt qəsəbəsində təvəllüd edib, doqquz yaşa qədər orda iqamətlə, sonralar Bağdada müvasilət etmişdi. C.Məmmədquluzadə. □ İqamət etmək - bir yerdə sakin olmaq, məskən salmaq, qərar tutmaq, oturmaq. Həmin günün axşamı Tiflisdə iqamət edən Zaqafqaziyanın şeyxülislamı rus dilində bu məzmunda bir teleqram aldı. E.Sultanov. ..[Mehriban] Ağ damda iqamət edən atasına teleqraf çəkdirib, onu Bakıya çağırmaqla çocuqlarının məsələsini həll edəcəkdi. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|