İzahlı lüğət

İQRAR

is. [ər.] 1. Dil ilə söyləmə, ifadə etmə, dili ilə təsdiq etmə, etiraf. // Öz sözündə, əhdində möhkəmlik, dayanıq, səbat, sədaqət, vəfa. Əhdi dürüst ola, iqrarı möhkəm; Fikri-zikri sənin sarı gərəkdir. Q.Zakir. Aşinələr ixtilatında sədaqət görmədim; Beyəti-iqrari-imani-dəyanət görmədim? M.P.Vaqif. □ İqrar vermək - söz vermək, əhd etmək. Əvvəl mənə iqrar verib duran yar; Yandırdın dünyada atəşə məni. Aşıq Əmir. İqrarından dönmək - sözündən dönmək, əhdindən qaçmaq, əhdinə vəfa etməmək. Gətirmədi əhdü iqrarı yerinə; Dilbər iqrarından döndü, neyləyim. Aşıq Kərim.
Təsdiq, etiraf, qəbul. Bilmirəm siz məndən nə kimi xəyanətlərimin iqrarını tələb edirsiniz. M.S.Ordubadi. □ İqrar etmək - boynuna götürmək, qəbul etmək, etiraf etmək, öz dili ilə təsdiq etmək. [Molla İbrahimxəlil:] Camaat, bilin və agah olun ki, Mirzə Fətəli öz kafirliyini iqrar etdi. Ə.Haqverdiyev. Mən .. iqrar eləyirəm ki, doğrudan da, müsəlmanlar silahlanırlar.. Məmmədquluzadə. Özünün iqrar etdiyinə görə tay-tuşları gecə kurslarında da olsa, oxuyub savadsızlıqlarını ləğv etdilər. Ə.Vəliyev.
Qərar, qənaət, hökm. Hükəmanın da iqrarı bunadır ki, başın çanağı nazikləşib kiçildikcə, beyin də zəifləşməyə və kiçilməyə başlayır. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed