İQLİMis. [ər.] 1. Bir ölkənin, bir yerin meteoroloji şəraitinin (havası, suyu və s.) xüsusiyyətləri, ab-havası. Kontinental iqlim. Mötədil iqlim. Azərbaycanın aran yerlərinin iqlimi. Soyuq iqlim. - Göyərti şərait yaradıldığı təqdirdə, təzə düşdüyü hər iqlimə uya bilər. Ə.Əbülhəsən. Hər yer bağbağat olacaq, ölkəmizin iqlimi dəyişiləcəkdir. Ə.Sadıq. Görürəm Mingəçevir yanır bir çıraq kimi; Gülür Milin, Muğanın təbiəti, iqlimi. Ə.Cəmil.
klas. Ölkə, məmləkət. Qəmindir könlümün təxtində sultan; Bir iqlimə iki sultan gərəkməz. Nəsimi. Ya bu iqlimdən başın al, get; Yoxsa başın götür, hüzuruma yet! Füzuli. Iqlim-iqlim gəzməyi var; Hər havaya dözməyi var; Insanın da, ürəyin də. S.Vurğun. Paylaşın - Hamı bilsin
|