İzahlı lüğət

İKRAM

is. [ər.] Hörmət, sayğı, əzizləmə, ehtiram, hörmət göstərmə. Xalqın işi bizlərə ikram idi; Ax, necə kef çəkməli əyyam idi. M.Ə.Sabir. O, Hicazdan dönüb keçən axşam; Vardı Bağdadə, gördü çox ikram. Cavid. □ İkram etmək (qılmaq) - hörmət etmək, sayğı göstərmək, əzizləmək, ehtiram etmək. Tuba görsə ikram eylər, baş əyər; Bu gözəl boy ilən, ilən sənə! M.P.Vaqif. İkram edər ol gül mənə əğyar yanında; Ta etsin özünü sevgili hər xar yanında. S.Ə.Şirvani.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed