İzahlı lüğət

İŞIQLANDIRMAQ (ID - 19641)

f. 1. İşıq eləmək, işıq salıb aydın etmək, görünəcək hala salmaq. Tapdıq axır Lizalartək necə cananələri; Çilçıraqlarla işıqlandırırıq xanələri. M.Ə.Sabir. Fərhad bəy qabaqda gedirdi. Kürəyinin ortasını ay işığı...

İŞIQLANMA (ID - 19642)

“İşıqlanmaq” dan f.is.

İŞIQLANMAQ (ID - 19643)

f. 1. İşıq olmaq, aydınlaşaraq görünə bilmək, işıqla dolmaq. [Park] yalnız yeni çıxmaqda olan ayın ziyası ilə xəfifcə işıqlanmışdı. S.Hüseyn. Gecə tonqal yanardı; Qazma işıqlanardı. M.Seyidzadə. // Məc. mənada. Cahan işıqlanacaq...

İŞIQLAŞMA (ID - 19644)

“İşıqlaşmaq” dan f.is.

İŞIQLAŞMAQ (ID - 19645)

f 1. İşıqlanmaq, daha işıq olmaq, işığı artmaq. Deyəsən, hava bir az işıqlaşan kimi olmuşdu. M.Rzaquluzadə.
2. Bax işıqlanmaq 2-ci mənada. Nəyerdə bir ocaq, nə göydə bir şam! Göz-gözü görməyir.. işıqlaşanda. Ə.Cəmil....

İŞIQLATMA (ID - 19646)

“İşıqlatmaq” dan f.is.

İŞIQLATMAQ (ID - 19647)

b a x işıqlandırmaq. Əziz balalar! ..Zəmanənin təqazasi, daha doğrusu, hürriyyətin günü biz gedən qaranlıq, məşəqqətli yolları işıqladıb asan etdi. N.Nərimanov. Düşərgədə işıqlat sən də yaşıl bağları. M.Rahim. Ay çıxıb...

İŞIQLI (ID - 19648)

sif 1. Güclü işıq verən, işıq saçan, işığı yaxşı olan, parlayan. Işıqlı lampa. - Havanın üzü ləkəsiz olduğu üçün işıqlı ulduzlar ötədə-bəridə fərq edilirdi. S.Hüseyn. Ay işıqlı, göy ulduzlu, yol aydın; Könlüm...

İŞIQLIQ (ID - 19649)

is. 1. İşıqlı şeyin halı, işıqlanma dərəcəsi. Lampanın işıqlığı. // İşıq, parlaqlıq.
Adətən kənd evlərində, daxmalarda, pəyədə, tövlədə və s.-də işıq gəlmək üçün yer, balaca pəncərə. ..Daxmanın bir tayqanad...

İŞIQOTU (ID - 19650)

is. bot. Dağlıq yerlərdə, çəmən və kolluqlarda bitən çoxillik ot-bitki.

İŞIQÖLÇƏN (ID - 19651)

is. fiz. Hər hansı işıq mənbəyinin gücünü ölçmək üçün cihaz; fotometr.

İŞIQSAÇAN (ID - 19652)

sif 1. Özündən işıq verən, işıq şüaları buraxan; ətrafı işıqlandıran. Işıqsaçan cisimlər. Işıqsaçan bomba.
2. məc. Nurlandıran, nursaçan. [Sevil:] Mədəniyyət sarayı mədəniyyətin sönməz ocağı, ətrafa işıqsaçan...

İŞIQSEVƏN (ID - 19653)

sif. bot. Günəş tutan, işıqlı, açıq yerləri sevən. Işıqsevən bitkilər. Işıqsevən ağaclar.

İŞIQSIZ (ID - 19654)

sif. 1. İşığı olmayan, yaxud yaxşı işıq düşməyən. Işıqsız otaq. // zərf İşıq olmadan, lampa yandırmadan; qaranlıqda. Niyə işıqsız oturmusan? // məc. Cansız, həyat işartısı olmayan, ölgün, zəif. Işıqsız göz.
2....

İŞIQSIZLIQ (ID - 19655)

is. 1. İşıq olmadığı hal və vəziyyət.
2. məc. Cəhalət, mədəniyyətsizlik, nadanlıq.

İŞIQUCU (ID - 19656)

bax işıqyeri. Qoca usta yalnız Tahirin deyil, işıqucu gördüyü hər bir şagirdinin üstündə mehriban bir ata kimi əsməyə çoxdan adət eləmişdi. M.Hüseyn.

İŞIQVERİCİ (ID - 19657)

1. sif İşıqsaçan.
2. is. İşıqlandırıcı cihaz. Bütün işıqvericilər lampa malları qrupuna aiddir.

İŞIQYERİ (ID - 19658)

is. Ümid yeri, ümid verən şey. Ikinci səbəb o idi ki, Mehdiqulunun umacağı vardı, işıqyeri görünürdü. Mir Cəlal.

İŞILDAĞ (ID - 19659)

is. məh. Dəniz kənarında ən hündür və görüş dairəsi geniş olan yerdə tikilmiş nişangah, mayak.

İŞILDAQUŞ (ID - 19660)

is. zool. Qaranlıqda parıldayan cücü. Əyilən yarpağında titrəyərək; Qonmaq istər .. işıldaquş min-min. R.Rza.

İŞILDAQUYRUQ (ID - 19661)

is. zool. Sərçəkimilər dəstəsindən parlaq, al-qırmızı quyruğu olan quş.

İŞILDAMA (ID - 19662)

"İşıldamaq” dan f.is.

İŞILDAMAQ (ID - 19663)

f İşıq vermək, işıq saçmaq. Yerlərdə işıldamır nə bir şam, nə bir ocaq; Göylərdə eşidilir ölüm nərəsi ancaq. Ə.Cəmil. Elektrik lampaları axşamın boz dumanları içərisində sönük bir parıltı ilə işıldayırdı. Q.İlkin....

İŞILDATMA (ID - 19664)

“İşıldatmaq” dan f.is.

İŞILDATMAQ (ID - 19665)

f 1. Bir şeyi silməklə, yaxud üzərinə bir şey çəkməklə, sürtməklə parıldatmaq. Şüşələri işıldatmaq. Döşəməni işıldatmaq. - Kəndə yetişəndən sonra Almaz uzunboğaz çəkməsini keçi piyi ilə yağlayıb işıldadır. S.Rəhimov....

İŞIL-İŞIL (ID - 19666)

işıl-işıl işıldamaq (parlamaq, parıldamaq) - par-par parıldamaq. Pişiyin gözləri qaranlıqda işıl-işıl işıldayır. Üzüyün qaşı işıl-işıl parıldayır. - Dağlar, çəmənlər geyinir al, yaşıl; Yerlər, göylərparıldar işılişıl....

İŞILTI (ID - 19667)

is. Zəif işıq. Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün qalın qar. A.Səhhət. Enirəm qazmaya... Qazma soyuq, dar; Od-ocaq yoxsa da, bir işıltı var. Ə.Cəmil. Qar getdikcə daha şiddətlə yağır, solğun bir...

İŞILTILI (ID - 19668)

sif İşıltısı olan, işıldayan, parıldayan. Rza bəy nədənsə hirslənib, geri daranmış və ortadan ikiyə bölünmüş işıltılı saçlarını qarışdırdı. Ə.Vəliyev.

İŞIRĞAN (ID - 19669)

is. bot. Toxumları ədviyyə kimi işlədilən bir bitki. Işırğan bal verən bitkidir.

İŞKƏMBƏ (ID - 19670)

is. [fars.] Gövşəyən heyvanların ikinci mədəsi. Gövşəyən heyvanlarda udulan yem işkəmbəyə daxil olaraq yumşalır, qarışır, əzilir. “Ümumi zootexniya”.

İŞLƏDİCİ (ID - 19671)

is. 1. xüs. İşlədən, hərəkətə gətirən, işə salan.
Bax işlətmə 2-ci mənada. Işlədici dərmanlar.

İŞLƏDİLMƏ (ID - 19672)

“İşlədilmək” dən f.is. Maşınların işlədilməsi.

İŞLƏDİLMƏK (ID - 19673)

məch. 1. İstifadə edilmək, tətbiq edilmək, hərəkətə gətirilmək, işə salınmaq. Cihazların işlədilmək qaydası.
Danışıqda, yazıda istifadə edilmək. Danışıqda qəliz sözlər işlədilməməlidir. Onun məqaləsində çoxlu...

İŞLƏK1 (ID - 19674)

sif. 1. Zəhməti, işləməyi sevən, çox işləyən, daim işləyən, vaxtını işdə keçirən; fəal, çalışqan. İşlək adam. Bu yerlərin camaatı işləkdir. - İşlək keçəl ərə gedər, pinti gözəl gora. (Ata. sözü). Qızxanım əri...

İŞLƏK2 (ID - 19675)

is. dan. bax işdək. [Leylək Ələmdar] yırğalana-yırğalana Müqim bəy Cavanşirin həyətinə girəndə birdən-birə çar pristavını görüb, özünün bütün işləklərini xatırladı. S.Rəhimov. [Anam:] Qoymursan bu tramvay altında qalmışın...

İŞLƏMƏ1 (ID - 19676)

“İşləmək” dən f.is.

İŞLƏMƏ2 (ID - 19677)

is. 1. İynə və s. ilə parça üzərində işlənmiş bəzək, naxış. Güləbətin işləmələr bəzi geyimlərin, araqçın, saatqabı, pul kisəsi, daraqqabı və başqa məişət şeylərinin üzərində görülür. “Azərbaycan xalq sənəti”....

İŞLƏMƏK (ID - 19678)

f 1. İş görmək, bir işlə məşğul olmaq, çalışmaq, əməyini tətbiq etmək. Tarlada işləmək. Əkində işləmək. Evdə işləmək. Axşamlar işləmək. - O saat bilinirdi ki, sədr arabaçının vicdanla və hamıdan yaxşı işlədiyinə...

İŞLƏMƏLİ (ID - 19679)

sif İynə və s. ilə üzərinə bəzək, naxış vurulmuş naxışlı, bəzəkli. İşləməli köynək. İşləməli dəsmal. - [Sona xanımın] tafta köynəyi, güləbətin işləməli başmağı, .. nəyi, nəyi yox idi?! Qantəmir. Yubiley günlərində...

İŞLƏNİLMƏ (ID - 19680)

“İşlənilmək” dən f.is.

İŞLƏNİLMƏK (ID - 19681)

b a x işlənmək.

İŞLƏNMƏ (ID - 19682)

“İşlənmək” dən f.is.

İŞLƏNMƏK (ID - 19683)

məch. 1. Sərf edilmək, istifadə edilmək, işlədilib qurtarmaq. Materialların hamısı işləndi. Emal olunmaq, düzəldilmək, hazırlanıb lazımi şəklə salınmaq.
Danışıqda, yazıda tətbiq edilmək, istifadə edilmək. Bu söz köhnəlmişdir,...

İŞLƏNMİŞ (ID - 19684)

f.sif. 1. Çox istifadə edilmiş, çox işlənməkdən köhnəlmiş; nimdaş. İşlənmiş palaz. Işlənmiş qab. - Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. A.Divanbəyoğlu. Pərşan əlinə keçən işlənmiş süfrəni...

İŞLƏRBAŞI (ID - 19685)

sif Əsas səbəbkar, əsas günahkar, əsas işi görən. [Mütəəllimə:] Dədəm də həmişə nənəmi döyür ki, işlərbaşı sənsən. Çəmənzəminli.

İŞLƏTDİRİLMƏ (ID - 19686)

"İşlətdirilmək” dən f.is.

İŞLƏTDİRİLMƏK (ID - 19687)

"İşlətdirmək” dən məch.

İŞLƏTDİRMƏ (ID - 19688)

“İşlətdirmək” dən f.is.

İŞLƏTDİRMƏK (ID - 19689)

icb. İşləməyə məcbur etmək.

İŞLƏTMƏ (ID - 19690)

1. "İşlətmək” dən f.is. [Murad] ömrünün bir qismini Xəzər dənizində mexaniklikdə keçirdiyi üçün motor işlətməni bilirdi. S.Hüseyn.
is. Mədəni, bağırsaqları təmizləmək üçün işlədilən, istifadə edilən dərman....

Bu səhifə dəfə baxılıb

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed