İŞIQSIZsif. 1. İşığı olmayan, yaxud yaxşı işıq düşməyən. Işıqsız otaq. // zərf İşıq olmadan, lampa yandırmadan; qaranlıqda. Niyə işıqsız oturmusan? // məc. Cansız, həyat işartısı olmayan, ölgün, zəif. Işıqsız göz.
2. məc. Nadan, cahil, hüquqsuz, sevincsiz. C.Məmmədquluzadə öz realist qələmi ilə Azərbaycan qadınlığının .. işıqsız, yazıq və qul həyatını qüdrətlə təsvir etmişdir. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|