İzahlı lüğət

İŞLƏK1

sif. 1. Zəhməti, işləməyi sevən, çox işləyən, daim işləyən, vaxtını işdə keçirən; fəal, çalışqan. İşlək adam. Bu yerlərin camaatı işləkdir. - İşlək keçəl ərə gedər, pinti gözəl gora. (Ata. sözü). Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi. S.S.Axundov. [Əliqulu:] ..Siz Əhməd Soltanzadə kimi işlək adamı bəyənmirsiniz. M.Süleymanov. // Zəhmətkeş, fəhlə. Qarı bir qədər susduqdan sonra: - Bəli, oğul, dedi, - ..o dustaq isə, bala, istəyir ki, işlək adamlar, fəhlələr heç olmasa günbatanda evlərinə qayıtsınlar.. Ə.Məmmədxanlı.
Çox işləyən, gediş-gəlişli, hərəkət çox olan. İşlək küçə. İşlək yol.
İşləyən, iş görmək üçün olan, iş görən, təsərrüfatda istifadə olunan. İşlək heyvanlar. İşlək at. - İşlək malı öyərlər; Tənbəlini söyərlər; Oküz cütə getməsə; Qaşqasına döyərlər. (Holavar).
tex. İşləyən, hərəkət edən, ya hərəkət etdirici. İşlək boru. İşlək çarx. - Buruğun ortasında qoyulmuş rotor fırlanaraq, kvadrat işlək boru vasitəsilə quyudakı qazıma kəmərini də fırladır və beləliklə, hərəkət baltaya keçirilir. S.Quliyev. // Saz (maşın və s. haqqında).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed