İŞIQLIQis. 1. İşıqlı şeyin halı, işıqlanma dərəcəsi. Lampanın işıqlığı. // İşıq, parlaqlıq.
Adətən kənd evlərində, daxmalarda, pəyədə, tövlədə və s.-də işıq gəlmək üçün yer, balaca pəncərə. ..Daxmanın bir tayqanad qapısı, bir də divarın başında xırda bir işıqlığı vardı. S.Rəhimov. məc. Maarif, mədəniyyət, elm, ürfan. İşıqlığa çıxmaq məc. - 1) maariflənmək, mədəniləşmək. Əziz balalar! ..Bizim qaranlıqdan işıqlığa çıxmağımıza mane olurdular. N.Nərimanov; 2) xoşbəxt olmaq, xoşbəxtliyə çıxmaq. İşıqlığa çıxasan (çıxasınız) - xoşbəxtlik, səadət, yaxşı gün arzusu. [İmran:] Ay səni görüm, işıqlığa çıxasan! M.Hüseyn. Paylaşın - Hamı bilsin
|