İzahlı lüğət

İŞIQLANDIRMAQ

f. 1. İşıq eləmək, işıq salıb aydın etmək, görünəcək hala salmaq. Tapdıq axır Lizalartək necə cananələri; Çilçıraqlarla işıqlandırırıq xanələri. M.Ə.Sabir. Fərhad bəy qabaqda gedirdi. Kürəyinin ortasını ay işığı işıqlandırırdı. Qantəmir. Sahil boyu düzülmüş fənərlərin əksi dənizdə gəzən yelkənli qayıqları işıqlandırırdı. S.Rəhman. // Bir şeyin işığını müəyyən səmtə, yerə və s.-yə yönəltmək. Evin küncünü işıqlandırmaq. Üzünü işıqlandırmaq. // Elektrik işığı ilə təmin etmək, işıq çəkmək. Küçələri işıqlandırmaq. Parkı işıqlandırmaq.
məc. Canlandırmaq, isindirmək, hərarətləndirmək, ruhlandırmaq. [Komandirin] qaradinməz sifətini xəfif bir gülüş işıqlandırırdı. Ə.Vəliyev.
məc. İzah etmək, təsvir etmək, yazmaq, göstərmək, şərh etmək. Nömrədə əsas məsələləri işıqlandırmaq. Nitq mədəniyyəti məsələlərini qəzetdə geniş işıqlandırmaq lazımdır. - “Kəşkül” hər məsələdən yazırdı, iqtisadi, ictimai, siyasi, ədəbi mövzuları işıqlandırırdı. M.İbrahimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed