İŞLƏNMİŞf.sif. 1. Çox istifadə edilmiş, çox işlənməkdən köhnəlmiş; nimdaş. İşlənmiş palaz. Işlənmiş qab. - Aylar ilə işlənmiş mahud külahı dala tərəf sürüşmüşdü. A.Divanbəyoğlu. Pərşan əlinə keçən işlənmiş süfrəni stolun üstünə salanda Rüstəm kişi acıqlandı.. M.İbrahimov.
Üzərində naxış qazılmış, həkk edilmiş, yaxud naxışlanmış, bəzək vurulmuş. Işlənmiş dəsmal. Işlənmiş kəmər. Zərlə işlənmiş cild. - [Çopo:] Altun dəstəkli, incə tikişlərlə işlənmiş qapıdan içəri girdim. Çəmənzəminli. Təkmilləşdirilmiş, mükəmməlləşdirilmiş, işlənib qaydaya salınmış, düzəldilmiş. Üzərində işlənmiş əsər. // Üzərində iş aparılmış, tədqiq edilmiş, öyrənilmiş, hərtərəfli düşünülmüş. Yaxşı işlənmiş mövzu. Paylaşın - Hamı bilsin
|