İDİOTCASINA (ID - 18240)zərf İdiot kimi, gic kimi, gic-gic. Idiotcasına hərəkət etmək. Idiotcasına danışmaq.
|
İDİOTİZM, İDİOTLUQ (ID - 18241)is. Anadangəlmə kəmağıllıq, giclik.
|
İDİŞ (ID - 18242)is. dilç. Şərqi və Mərkəzi Avropa yəhudilərinin, əsasmı alman dialektləri təşkil edən dili.
|
İDMAN (ID - 18243)is. [ər.] Orqanizmi inkişaf etdirmək və möhkəmləndirmək məqsədini güdən bədən mümarisələri (hərəkətləri). Idman məşğələləri. Idman oyunları. Idman meydançası. Idman ustası. - Gündüzlər dərslərə, idmana, oynamağa və...
|
İDMANÇI (ID - 18244)is. və sif İdmanla məşğul olan (adam). Idmançılarımız birinciliyi qazandılar. Idmançı oğlan. - Bu halında [Məcid] sanatoriya həyətlərində, uşaq meydançalarının qapısında qoyulan idmançı heykəllərinə bənzəyirdi. Mir Cəlal....
|
İDMANÇILIQ (ID - 18245)is. İdmanla məşğul olma.
|
İDRAK (ID - 18246)is. [ər.] 1. Dərk etmə, bilmə; dərk etmə qabiliyyəti. [Şeyx Sədra:] Buna idrakınız varırmı sizin? Sizcə məchul qədri şeyxinizin. H.Cavid. Idrak ilə vurduğum çəkicimin səsindən; Çatlayır divarları qaranlıq zindanların. Ə.Cavad....
|
İDRAKLI (ID - 18247)sif. İdrakı olan, dərrakəli, fəhmli, düşüncəli, şüurlu. Bu ayda bizim təşkilat ibtidai bir haldan çıxıb .. idraklı, müntəzəm, mübariz bir təşkilat şəklinə keçir. M.S.Ordubadi. [Gülnisə:] Sən idraklı olduğun üçün bilirdim...
|
İDRAKLIQ (ID - 18248)is. Dərrakəlilik, fəhmlilik, düşüncəlilik.
|
İDRAKSIZ (ID - 18249)sif. İdrakı olmayan, dərrakəsiz, fəhmsiz; düşüncəsiz, şüursuz. [Provokasiyaya] qurban olmuş idraksız .. ermənilər isə müsəlmanları gülləyə basırdılar. M.S.Ordubadi. [Elxan:] [Solmaz] idraksız bir kütlənin səfil qorxaqlığına...
|
İDRAKSIZLIQ (ID - 18250)is. Dərrakəsizlik, fəhmsizlik, şüursuzluq, düşüncəsizlik. Bizim idraksızlığımız, təşkilatsızlığımız da düşmənlərimizə yardım verir. M.S.Ordubadi.
|
İENA (ID - 18251)Yaponiyada pul vahidi.
|
İFA (ID - 18252)is. [ər.] 1. Bir işi icra etmə, həyata keçirmə, yerinə yetirmə. □ İfa etmək - 1) yerinə yetirmək, əda etmək. - Mən özümə aid vəzifələri vaxtında ifa etməyə söz verirəm. M.S.Ordubadi. [Ənisə] öhdəsinə alacağı vəzifəni...
|
İFAÇI (ID - 18253)is. Hər hansı bir incəsənət (dram, ədəbi, musiqi) əsərini ifa etmək üçün çıxış edən adam. Musiqi ifaçılarının müsabiqəsi. Gözəl ifaçı. Müxtəlif rolların ifaçısı. - Xalq çalğı alətlərində çalan ifaçıların 1939-cu...
|
İFAÇILIQ (ID - 18254)is. Hər hansı bir musiqi əsərini, yaxud dramatik rolu yaradıcılıqla ifa etmə. Ifaçılıq məharəti. Ifaçılıq xüsusiyyəti. - Mirzə Sadıq tarın səsinin xeyli artmasına müvəffəq oldu və tarda ifaçılıq mədəniyyətini yüksək...
|
İFADƏ (ID - 18255)is. [ər.] 1. Anlatma, izah etmə, aydın və açıq söyləmə, demə, izhar etmə; izah, şərh, bəyan. Yazılı ifadə (yazı ilə bildirmə). Şifahi ifadə (ağızdan anlatma). Ifadə tərzi. - Bu sualın ahəngi içərisində nə kimi ifadələr...
|
İFADƏÇİ (ID - 18256)is. İfadə edən, əks etdirən, təmsil edən. M.F.Axundovdan sonra ən böyük demokrat, bu yeni keyfiyyətli demokratizmin ədəbiyyat sahəsində böyük ifadəçisi C.Məmmədquluzadə (Molla Nəsrəddin) oldu. M.İbrahimov.
|
İFADƏLƏNDİRİLMƏ (ID - 18257)“İfadələndirilmək” dən f.is.
|
İFADƏLƏNDİRİLMƏK (ID - 18258)məch. İfadə edilmək, əks etdirilmək.
|
İFADƏLƏNDİRMƏ (ID - 18259)“İfadələndirmək” dən f.is.
|
İFADƏLƏNDİRMƏK (ID - 18260)f. İfadə etmək, əks etdirmək.
|
İFADƏLƏNMƏ (ID - 18261)"İfadələnmək” dən f.is.
|
İFADƏLƏNMƏK (ID - 18262)məch. İfadə olunmaq, əks olunmaq, öz əksini tapmaq.
|
İFADƏLİ (ID - 18263)sif. Yaxşı və aydın ifadə edən. Ifadəli nitq. Ifadəli danışıq. Ifadəli yazı. Ifadəli (z.) oxumaq. - Qız atasının dediklərini çox ifadəli bir dillə yazmışdı. M.Hüseyn. // Daxili keyfiyyətləri, təəssüratı və s. əks etdirən....
|
İFADƏLİLİK (ID - 18264)is. İfadəli olma, yaxşı və aydın ifadə etmə. Dilin, üslubun ifadəliliyi. Balerinanın hərəkətlərindəki ifadəlilik.
|
İFADƏSİZ (ID - 18265)sif İfadəcə zəif, təsirsiz. Ifadəsiz nitq. // Heç bir şey ifadə etməyən, heç bir şey əks etməyən. Ifadəsiz gözlər.
|
İFADƏSİZLİK (ID - 18266)is. İfadəcə zəiflik. Nitqin ifadəsizliyi. Üslubun ifadəsizliyi. // Heç bir şey ifadə etməmə.
|
İFÇİN (ID - 18267)zərfi məh. Tam surətdə, tamam, bütün, hamısını. Atı ifçin nallamaq. - Qıratı ifçin yəhərləyib, Koroğlunun qabağına çəkdilər. “Koroğlu”. Yanında balası o haçadırnaq; Əlvan çiçəkləri ifçin yolardı. H.K.Sanılı.
|
İFFƏT (ID - 18268)is. [ər.] Saflıq, təmizlik, irz, namus, həya, əxlaq. [Maral:] Hər iki tərəfim təhlükəli uçurum... Burada qalsam, Turxan bəyin murdar nəfəsi, qoşulub qaçarsam, namus, iffət məsələsi.. H.Cavid.
|
İFFƏTLİ (ID - 18269)sif. Namuslu, ismətli, həyalı; təmiz, saf. Iffətli qız. Iffətli gəlin. - Zəmanənin “xarab “bir vaxtında nəcib, gözəl, həyalı, iffətli və ismətli bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn.
|
İFFƏTSİZ (ID - 18270)sif Namussuz, ismətsiz, həyasız, abırsız. Iffətsiz qadın.
|
İFLAS (ID - 18271)is. [ər.] 1. Bankın, tacirin və s.-nin borc iltizamlarını vaxtında ödəyə bilməməsi nəticəsində müflis olması, sınıq çıxması. Bankın iflası. Tacirin iflası. □ İflas etmək (olmaq) - müflis olmaq, sınıq çıxmaq, var-yoxu əlindən...
|
İFLİC (ID - 18272)is. [ər.] 1. Orqanizmin hər hansı bir hissəsini və ya üzvünü normal fəaliyyətdən qoyan xəstəlik. Iflic olmaq. Iflic vurmaq. Iflic tutmaq. Beyin iflici. // Bu xəstəliyə tutulmuş (adam). Neçə illərdir iflicdir.
2. məc. Fəaliyyətsizlik,... |
İFLİM-İFLİM (ID - 18273)zərfi dan. Tikə-tikə, parça-parça. [Gülpəri:] Deyir, Tarıqulunun cibini kəsiblər, özünü də iflim-iflim eləyiblər. Ə.Haqverdiyev.
|
İFNA (ID - 18274)is. [ər.] klas. Yox etmə, puç etmə, məhv etmə, tələf etmə. Nə qəm, uğratsa da bir gün məni ifnayə zaman; Mən gedərəmsə, məramım yenə dünyadə durar. M.Ə.Sabir. Bu illətin Allaha qalıb bircə davası; Uğratdı bizi büsbütün...
|
İFRAQ (ID - 18275)is. [ər.] köhn. 1. Qəlibə tökmə, qəlibə axıtma. // Müəyyən qəlibə salma.
2. Qaydaya salma. |
İFRAT (ID - 18276)is. [ər.] Bir şeyin son həddi, bir şeyi son həddə çatdırma, mübaliğəyə varma, həddi keçmə. Ifrat dərəcə (son hədd). Ifrat tədbirlər. - Hər işin ifratı vəziyyəti dəyişə bilər. M.S.Ordubadi. // sif. Qəti, barışmaz. Nə qədər...
|
İFRATÇI (ID - 18277)is. İfrata meyil edən, bir işdə ifratçılıq edən. ..Bütün ifratçılarımıza tövsiyəmiz budur ki, işə əhəmiyyət nəzəri ilə baxsınlar. Ü.Hacıbəyov.
|
İFRATÇILIQ (ID - 18278)is. İfrata varma, ifrata meyil, bir işdə ifrat tədbirlərə əl atma.
|
İFRAZ (ID - 18279)is. [ər.] fiziol. Orqanizmin bir yerindən (yaradan və s.-dən) bir şey (maye) çıxma, axma. Narzan mədə şirəsinin ifrazını artırır. Ə.Əliyev. □ Ifraz etmək - ayırmaq, axıtmaq, dışarı çıxarmaq. Yaranın ifraz etdiyi irin.
|
İFRAZAT (ID - 18280)is. [ər. "ifraz” söz. cəmi] fiziol. Bədənin ifraz etdiyi maddələr. Irinli ifrazat. // Nəcis. ..Insanın və heyvanın bədənindən bayıra çıxan şeylərdə (ifrazatda) həmişə mikroblar vardır. N.Nərimanov.
|
İFRAZETDİRİCİ (ID - 18281)sif. fiziol. İfraza səbəb olan. Ifrazetdirici dərmanlar.
|
İFRİT (ID - 18282)is. [ər.] 1. İblis, şeytan, cin. [Padşah:] Yalan danışma, ifrit, sən bilməyirsən, mən bilirəm. Ə.Haqverdiyev.
2. Çox sərt, amansız, qəddar adam haqqında. □ Ifrit kəsilmək - bərk acıqlanmaq, amansız olmaq, qəzəblənmək.... |
İFRİTƏ (ID - 18283)is. və sif. [ər.] dan. Çox çirkin, bədheybət, bədləkər, kifir (qadın haqqında). Ifritənin biridir. // Araqarışdıran, pislik edən, fitnəkar qadın haqqında. Elə qarı qapını örtcək dəyişilib oldu bir küpəgirən ifritə, cadu....
|
İFRİTƏLİK (ID - 18284)is. Həddən artıq çirkinlik, eybəcərlik, bədheybətlik, bədləkərlik.
|
İFŞA (ID - 18285)is. [ər.] Faş etmə, aşkara çıxarma, meydana çıxarma, üstünü açma. □ Ifşa etmək - faş etmək, üstünü açmaq, üzə çıxarmaq, meydana çıxarmaq, açıb göstərmək (birinin cinayətini, gizli niyyətini və s.-ni). Düşmənin hiyləsini...
|
İFŞAÇI (ID - 18286)is. Birinin cinayətinin, hiyləsinin, pis niyyətinin üstünü açan, ifşa edən, aşkara çıxaran, açıb göstərən adam.
|
İFŞAÇILIQ (ID - 18287)is. İfşa etmə, ifşa ilə məşğul olma.
|
İFŞAEDİCİ (ID - 18288)sif. İfşa edən, faş edən, üstünü açan, aşkara çıxaran, açıb göstərən, ifşa mahiyyətində olan. Ifşaedici sənədlər. Ifşaedici dəlillər. - Bakı komitəsi çar hökumətinin avqust ayındakı xəyanətini ifşaedici bir proklamasiya...
|
İFŞAEDİCİLİK (ID - 18289)is. İfşa etmə, ifşa mahiyyətində olma.
|
Bu səhifə dəfə baxılıb