İFŞAis. [ər.] Faş etmə, aşkara çıxarma, meydana çıxarma, üstünü açma. □ Ifşa etmək - faş etmək, üstünü açmaq, üzə çıxarmaq, meydana çıxarmaq, açıb göstərmək (birinin cinayətini, gizli niyyətini və s.-ni). Düşmənin hiyləsini ifşa etmək. - Çar hökuməti və onun nümayəndəsi olan Hacısəməd xanın siyasətini ifşa etməli idik. M.S.Ordubadi. “Ölülər” .. ümumiyyətlə, cəhaləti, geriliyi, ikiüzlülüyü və yalanı ifşa edir.. M.İbrahimov. Qəhrəman .. tayfabazlıq salanları kütlənin əli ilə ifşa etmişdi. Ə.Vəliyev.
Paylaşın - Hamı bilsin
|