İFRATis. [ər.] Bir şeyin son həddi, bir şeyi son həddə çatdırma, mübaliğəyə varma, həddi keçmə. Ifrat dərəcə (son hədd). Ifrat tədbirlər. - Hər işin ifratı vəziyyəti dəyişə bilər. M.S.Ordubadi. // sif. Qəti, barışmaz. Nə qədər ki əmisi onu təhsildən ayırmayır, cəbrən evləndirmirdi, Fərhadda belə ifrat fikirlər yox idi. Ə.Haqverdiyev. ^ sif Çox, həddən ziyadə, son dərəcə. Ifrat qüvvətli. Ifrat tamahkar. □ İfrat etmək (eləmək) - hüdudu keçmək, həddi keçmək, mübaliğə etmək. İfrata varmaq - b a x ifrat etmək. Əlyarov əmisi oğlunun ifrata vardığını görüb, bu söhbəti başqa adamların eşitdiyindən qorxmuş kimi, ürkək nəzərlərlə ətrafına baxındı. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|