İFAis. [ər.] 1. Bir işi icra etmə, həyata keçirmə, yerinə yetirmə. □ İfa etmək - 1) yerinə yetirmək, əda etmək. - Mən özümə aid vəzifələri vaxtında ifa etməyə söz verirəm. M.S.Ordubadi. [Ənisə] öhdəsinə alacağı vəzifəni müvəffəqiyyətlə ifa edə bilərdi. S.Hüseyn; 2) dinlənilmək və ya tamaşa edilmək üçün çalmaq, oxumaq, göstərmək (incəsənət əsərini). Rol ifa etmək. Rəqs ifa etmək. - Arzu qız atasının arzularını bəstələyir, bir müddət sonra pianoda ifa edir, Əhməd isə dinləyirdi. S.Rəhimov. Hündürboy və çox diribaş olan Mürsəl qoçu Əsgər rolunu ifa edirdi. Ə.Sadıq.
Paylaşın - Hamı bilsin
|