İFTADƏ (ID - 18290)f.sif. [fars.] klas. Düşkün, mübtəla. Bu fəxr yetər kim mənə, iftadeyi-eşqəm; Sal başıma bir sayə hümayi-kərəmindən. Ə.Vahid.
|
İFTADƏLİK (ID - 18291)is. Düşkünlük, mübtəlalıq. Iftadəliyim gör, etmə ehmal; Rəhm et, bir əyaq ilə əlim al! Füzuli.
|
İFTAR (ID - 18292)is. [ər.] din. Oruc açma, oruc açdıqda yeyilən yemək. Xavərimsə bu gün oruc tutmuş olduğundan, axşam üçün iftar tədarükü görürdü. T.Ş.Simurq. □ Iftar açmaq (yemək) - oruc açmaq. Axund iftarı yeyib, təsbehi alır əlinə, başlayır...
|
İFTARLIQ (ID - 18293)is. din. İftar (oruc açma) üçün hazırlanan yemək(lər).
|
İFTİXAR (ID - 18294)is. [ər.] 1. Fəxr, fəxr etmə. Bu gündən belə Iran əhli öz millətləri ilə iftixara haqlıdır. Ü.Hacıbəyov. “Molla Nəsrəddin” bizim inkişaf tariximizdə, xalqımızın ictimai həyatında çox mühüm və iftixara layiq bir hadisədir....
|
İFTİXARLANMA (ID - 18295)“İftixarlanmaq” dan f.is.
|
İFTİXARLANMAQ (ID - 18296)f İftixar etmək, fəxr etmək, qürrələnmək, öyünmək.
|
İFTİRA (ID - 18297)is. [ər.] Böhtan, şər. Xülasə, qalan yüz on beş kağız da bu məzmunda növ-növ iftira və yalan. C.Məmmədquluzadə. İki tərəf bir-birinə olmazın böhtan və iftirasını, olmazın həyasız hərəkətlərini isnad verirdilər. Çəmənzəminli....
|
İFTİRAÇI (ID - 18298)is. İftira edən, böhtan atan, böhtançı.
|
İFTİRAÇILIQ (ID - 18299)is. Başqalarına şər atma, böhtan demə, böhtançılıq. İftiraçını ifşa etmək.
|
İGİD (ID - 18300)sif Bir işdə, döyüşdə qoçaqlıq, cəsarət, qəhrəmanlıq, mərdlik göstərən; cəsur, qoçaq. İgid oğlan. İgid qız. - Rövşən Rüstəm kimi igid, yeniyetmə, cavan bir oğlan idi. “Koroğlu”. [Fitnə:] ..Mənzər igid pəhləvandır;...
|
İGİDCƏ(SİNƏ) (ID - 18301)zərf Qəhrəmancasına, mərdanə, qorxmadan, igid kimi. İgidcəsinə çarpışmaq. İgidcə vuruşmaq. - Ah, adəmmi olmayan hünəri; Qorxmayın həp, igidcə qalxışınız. A.Şaiq.
|
İGİDLƏNMƏ (ID - 18302)“İgidlənmək” dən f.is.
|
İGİDLƏNMƏK (ID - 18303)f Özünü igid kimi, qorxmaz kimi göstərmək.
|
İGİDLƏŞMƏ (ID - 18304)“İgidləşmək” dən f.is.
|
İGİDLƏŞMƏK (ID - 18305)f İgid olmaq, cəsarətli olmaq, daha da ürəkli olmaq; igidlənmək.
|
İGİDLİK (ID - 18306)is. Qoçaqlıq, qəhrəmanlıq, rəşadət. Duman dağa pərdədir; Göydə deyil, yerdədir; Ağalıq dövlət olsa; İgidlik hünərdədir. (Bayatı). [İsgəndərin] igidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayıbərabəri yox idi. Ə.Haqverdiyev....
|
İGİDÖLMÜŞ (ID - 18307)sif və is. dan. Qarğış, nifrin kimi işlənən sözdür.
|
İĞFAL (ID - 18308)[ər.]: iğfal etmək - qəflətə salmaq, qəflətdə buraxmaq; aldatmaq, fikrini yayındırmaq, yuxulatmaq. [Şah:] Zira dili çox itidir, yenə də sizi iğfal edər. C.Cabbarlı. [Gənc:] Zeynal [Mehribanı] aldadıb iğfal etmək məqsədi ilə yalan...
|
İĞTİŞAŞ (ID - 18309)is. [ər.] Qarğaşalıq, qarışıqlıq, hərc-mərclik. İstanbulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər bir nöqtəsində bahalıq üz verdi. Məmmədquluzadə. Hətta iğtişaş zamanı böyük-böyük qəzalara...
|
İĞTİŞAŞÇI (ID - 18310)is. İğtişaş, hərc-mərc törədən, asayişi, əmin-amanlığı pozan, şuluqluq salan; araqarışdıran, fitnəkar, fəsadçı.
|
İĞTİŞAŞLI (ID - 18311)sif Qarışıq, nizamsız, hərcmərc. Iğtişaşlı yer. Iğtişaşlı şəhər.
|
İHANƏT (ID - 18312)is. [ər.] klas. Haqsız təhqir, haqsızlıq. Çox yetər əğyardən cövrü ihanət könlümə. M.P.Vaqif. Aşmışdı hələ həddini kəndlərdə rəzalət; Hər yanda təcavüzdü, ihanətdi, həqarət! Ə.Nəzmi.
|
İHATƏ (ID - 18313)bax əhatə. Qalıbdır firqeyi-islam dalda cümlə millətdən; Ihatə eyləyiblər başqalar elm ilə dünyanı. S.Ə.Şirvani. Qanlı şəhər görünməyir, etmiş ihatə çən, duman. Ə.Nəzmi.
|
İXLAS (ID - 18314)is. [ər.] 1. Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq. [Nuxalılar:] Bizim ixlasımızın nisbəti Molla Ibrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz. M.F.Axundzadə. [Mirzə Həbib:] Özünüz...
|
İXLASKAR (ID - 18315)sif [ər. ixlas və fars. ...kar] Sədaqətli, sadiq, ixlas edən, səmimi.
|
İXLASKARLIQ (ID - 18316)is. Sədaqət, səmimiyyət, səmimi məhəbbət.
|
İXLASKEŞ (ID - 18317)sif [ər. ixlas və fars. ...keş] köhn. bax ixlaskar. [Teymur ağa:] Bəylər və xanın çoxusu mənim atamın yaxşılıqları səbəbinə mənə ixlaskeşdir. M.F.Axundzadə.
|
İXLASKEŞLİK (ID - 18318)köhn. bax ixlaskarlıq.
|
İXRAC (ID - 18319)is. [ər.] 1. Çıxarma, uzaqlaşdırma. İxrac etmək - çıxarmaq, uzaqlaşdırmaq. İxrac olmaq - xaric olmaq, ixrac edilmək, çıxarılmaq.
2. iqt. Satış üçün xarici ölkələrə göndər(il)mə (idxal əksi). Ixracı gücləndirmək. Neft... |
İXRACAT (ID - 18320)[ər. “ixrac” söz. cəmi] bax ixrac 2-ci mənada. Ixracat ildən-ilə artır.
|
İXRACATÇI (ID - 18321)is. Ixrac edən, xarici ölkələrə mal göndərən ölkə. Birma dünyanın böyük düyü ixracatçısı hesab olunur. (Qəzetlərdən).
|
İXTİLAF (ID - 18322)is. [ər.] Fikir ayrılığı və bunun nəticəsində doğan ziddiyyət, uymamazlıq, mübahisə. ..Həqiqət axtarılan yerdə mütləq ixtilaf olur. C.Məmmədquluzadə. [Rəhim bəy] Məşədi bəylə ixtilafını biryolluq həll etmək bəhanəsi...
|
İXTİLAFLI (ID - 18323)sif Mübahisəli, münaqişəli, mübahisəyə səbəb olan. Ixtilaflı məsələ. Kənd şurası belə ixtilaflı məsələni həll edə biləcək halda deyildi.. S.Hüseyn.
|
İXTİLAFLILIQ (ID - 18324)is. Ixtilaflı, mübahisəli olma.
|
İXTİLAFSIZ (ID - 18325)1. sif Mübahisəsiz, münaqişəsiz. Ixtilafsız məsələ.
2. zərf Ixtilaf olmadan, heç bir mübahisə, münaqişə olmadan. Məsələ ixtilafsız həll olundu. |
İXTİLAFSIZLIQ (ID - 18326)is. İxtilafın, mübahisənin, münaqişənin olmadığı hal.
|
İXTİLAL (ID - 18327)is. [ər.] Qarışıqlıq, qarğaşalıq, hərc-mərclik, iğtişaş. Cahan müharibəsi, ..
sonra Zaqafqaziyada baş verən ixtilal və qarışıqlıqlar... Bu zamanlarda mən Bakıda deyildim. S.Hüseyn. □ İxtilal törətmək (salmaq) - qarışıqlıq... |
İXTİLALÇI (ID - 18328)is. İxtilal törədən, hərcmərclik, qarışıqlıq, pozğunluq salan. [Əbu Ubeyd:] Ölkənin bütün ixtilalçı ünsürləri əldən qaçırıldı. C.Cabbarlı.
|
İXTİLAT (ID - 18329)is. [ər.] klas. Oturub-durma, görüşüb əlaqə saxlama, qaynayıb-qarışma. Nə bir fərəhi, nə bir nişanı; Nə kimsə ilə bir ixtilatı. Füzuli. // Söhbət. İxtilatın şirin, sözün məzəli; Şəkər gülüşündən canlar təzəli. M.P.Vaqif....
|
İXTİLATÇI (ID - 18330)sif. İxtilat etməyi sevən, söhbət etməyi sevən; söhbətcil. İxtilatçı qadın.
|
İXTİOL (ID - 18331)[yun.] əcz. Bəzi dəri xəstəliklərində istifadə edilən sürtmə dərmanı.
|
İXTİOLOGİYA (ID - 18332)[yun. ichthys və lat. logos-dan] Zoologiyanın balıqlardan bəhs edən şöbəsi. Xüsusi kitabxanada ixtiologiyaya aid hər cür məlumat almaq mümkün olacaq. (Qəzetlərdən).
|
İXTİOLOQ (ID - 18333)[yun. ichthys və lat. logosdan] İxtiologiya mütəxəssisi.
|
İXTİRA (ID - 18334)is. [ər.] 1. Yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf etmə, yaratma, icad etmə. Parovozun ixtirası. Radionun ixtirası. Elektron maşınlarının ixtirası. - [Fərhadoğlu:] Belə olsun ki, bizim xalqı...
|
İXTİRAÇI (ID - 18335)is. Bir şeyi ixtira edən adam. [Məmməd:] Dedilər ki, [Usta Səməd] indi böyük bir ixtiraçıdır. C.Cabbarlı. Həsən boş vaxtlarını gənc ixtiraçılar və xor dərnəklərində keçirirdi. H.Seyidbəyli.
|
İXTİRAÇILIQ (ID - 18336)is. İxtiraçının fəaliyyəti, yaradıcılıq işi. İxtiraçılıq sahəsində böyük işlər. İxtiraçılıqla məşğul olmaq. İxtiraçılıq bürosu.
|
İXTİSAR (ID - 18337)is. [ər.] 1. Qısaltma, azaltma. İxtisar etmək - 1) qısaltmaq, azaltmaq. Məqaləni ixtisar etmək. Əsərin fəsillərindən birini ixtisar etməli. // Müxtəsər etmək, qısaltmaq. Mənimlə, Tanrı üçün, sözdə ixtisar et, kim; Uzun fəsanəyə,...
|
İXTİSARƏN (ID - 18338)zərf [ər.] İxtisar yolu ilə, ixtisar şəklində, ixtisar edərək, qısaldılaraq.
|
İXTİSARLAMA (ID - 18339)“İxtisarlamaq” dan f.is.
|
Bu səhifə dəfə baxılıb