İzahlı lüğət

İXLAS

is. [ər.] 1. Səmimi və qərəzsiz məhəbbət, ürəkdən gələn sədaqət; səmimiyyət, sidq. [Nuxalılar:] Bizim ixlasımızın nisbəti Molla Ibrahimxəlilə görə sair kimsələrin ixlasına bənzəməz. M.F.Axundzadə. [Mirzə Həbib:] Özünüz bilirsiniz ki, mənim nə mərtəbədə sizə ixlasım var. N.Vəzirov. Böyüyün kiçiyə iltifat və mərhəməti, kiçiyin də böyüyə qarşı ixlas və hörməti vardı. S.Hüseyn.
2. İxlasla, ixlas ilə şəklində zərf - sədaqətlə, səmimi qəlblə, ürəkdən. [Mirzə Möhsün:] ..Saqqalımın tükünü dövləti-aliyyənin xədəmatında ixlas ilə ağartmışam. M.F.Axundzadə. [Kəndli:] Sizə məlumdu ki, mən on yeddi ildi ki, .. ixlas ilə qulluq eləyirəm. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed