İzahlı lüğət

İXTİLAT

is. [ər.] klas. Oturub-durma, görüşüb əlaqə saxlama, qaynayıb-qarışma. Nə bir fərəhi, nə bir nişanı; Nə kimsə ilə bir ixtilatı. Füzuli. // Söhbət. İxtilatın şirin, sözün məzəli; Şəkər gülüşündən canlar təzəli. M.P.Vaqif. □ İxtilat etmək (qatmaq) - söhbət eləmək, söhbətləşmək. Qadir Allah səbəb salıb araya; Sevdiyim, ixtilat qatmaq çağıdır. Q.Zakir. Mən oturub səninlə yaxın, qabaq-qabağa; İxtilat etmişəm söz çəkəndə sabaha. R.Rza. Şagird ilə ustad gecə keçənə qədər ixtilat etdilər, çay içdilər. Ə.Məmmədxanlı. // Kiçik toy məclisi, xudmani söhbət məclisi. Bizi bu axşam ixtilata çağırıblar. - [Nurcahan xala:] Ay kişi! Mən nə eyləyim?. Yetimlərinin başlarını, əndamlarını yumağa getmişdim də. Toya, qonaqlığa, ixtilata getməmişdim ki? H.Sarabski.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed