İGİDLİKis. Qoçaqlıq, qəhrəmanlıq, rəşadət. Duman dağa pərdədir; Göydə deyil, yerdədir; Ağalıq dövlət olsa; İgidlik hünərdədir. (Bayatı). [İsgəndərin] igidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayıbərabəri yox idi. Ə.Haqverdiyev. Müəllimlər qəhrəman əsgərlərin cəbhədəki igidliyi haqqında şagirdlərə maraqlı söhbətlər edib onları ruhlandırdılar. Ə.Vəliyev. □ İgidlik göstərmək (etmək, eləmək) - rəşadət göstərmək, qəhrəmanlıq etmək, qoçaqlıq eləmək. Otuzunda kəklik kimi səkərsən; İgidlik eləyib qanlar tökərsən. “Koroğlu”. [Şiraslan:] Əgər atası Vətən yolunda igidlik etməsəydi, haradan onun adı qalar, ona belə qızıl ulduzla bərabər böyük bir orden və ayrıca fərman verilərdi. S.Rəhimov.
Paylaşın - Hamı bilsin
|