İzahlı lüğət

İĞTİŞAŞ

is. [ər.] Qarğaşalıq, qarışıqlıq, hərc-mərclik. İstanbulda 31 martda vaqe olan iğtişaşın nəticəsidir ki, bütün Türkiyənin hər bir nöqtəsində bahalıq üz verdi. Məmmədquluzadə. Hətta iğtişaş zamanı böyük-böyük qəzalara düçar olanda bir dəfə də [Hacı Qasımın] qızı üzünü açmağa razı olmamışdı. E.Sultanov. Hər yerdə iğtişaş, hər yerdə üsyan; Alovlu nəğmələr ucalır göyə. S.Rüstəm. □ İğtişaş qalxmaq (düşmək) - hərc-mərclik düşmək, qarışıqlıq düşmək, şuluqluq düşmək. Deyirlər ki, Teymurləngin hakimiyyəti illərində bir şəhərdə böyük bir iğtişaş qalxır. “M.N.lətif.” [Nəcmi:] Bu vaxta kimi əlbir-dilbir, asayişlə yaşayan .. bu dinc camaatın arasına nə üçün iğtişaş düşsün? Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed